BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb
BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına 2026-cı il iyulun 1-də başlayacaq.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo deyib.
O, qeyd edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mandatı 2026-cı il yanvarın 6-da başa çatacaq.
Bildirilib ki, yeni rezident əlaqələndirici hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədə onun öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq: "Adətən olduğu kimi, yeni rezident əlaqələndiricinin təyinatı ilə bağlı rəsmi elan vəzifəyə başlamasına yaxın tarixdə BMT baş katibinin sözçüsünün ofisi tərəfindən açıqlanacaq".
K.Azevedo əlavə edib ki, keçid dövründə rəhbərliyin davamlılığını təmin etmək məqsədilə təcrübəli rezident əlaqələndirici 15 yanvar 2026-cı ildən etibarən müvəqqəti əsaslarla Azərbaycandakı Nümayəndəlikdə vəzifəyə başlayacaq.
Xatırladaq ki, V.Andreyeva Azərbaycanda fəaliyyətə 2021-ci il iyulun 1-də başlamışdı.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib