BMT-nin Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək – FOTO

BMT-nin Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək – FOTO BMT-nin Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək – FOTO
2021-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək. 
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 
Məlumatda qeyd olunub ki, zirvə toplantısına hazırlıq məqsədilə üzv ölkələrdə Milli Dialoqların keçirilməsi planlaşdırılır. Milli Dialoqların təşkil olunmasında əsas məqsəd müxtəlif sahələrdən tərəflərin iştirakı təmin etmək, müasir çağırışlara uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq, çoxtərəfli və dayanıqlı qida sistemləri üzrə konkret mərhələləri müəyyənləşdirməkdir.
Azərbaycanda keçirilən ilk Milli Dialoqda Qida Sistemləri üzrə Zirvə toplantısı ilə bağlı Azərbaycan hökuməti tərəfindən təyin olunan milli təşkilatçı, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələri, aidiyyəti qurumların, beynəlxalq təşkilatların, o cümlədən QHT və özəl sektorun təmsilçiləri iştirak edib.
Nazir müavini İlhamə Qədimova Azərbaycan hökumətinin BMT-nin dayanıqlı inkişafla bağlı fəaliyyətini daim dəstəklədiyini qeyd edib:
"Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, bu istiqamətdə zəruri institusional baza yaradılır və kompleks tədbirlər həyata keçirilir. Belə ki, təsdiq edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i ölkədə iqtisadi, sosial və ekoloji sahələrdə dayanıqlı inkişafın təmin edilməsi üçün reallaşdırılacaq tədbirlərin növbəti mərhələsini təşkil edir".
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak qeyd edib ki, qida sistemlərinin gücləndirilməsi ilə ərzaq təhlükəsizliyinin təmini, dayanıqlı ərzaq təchizatı sistemlərinin yaradılması, sağlam qida istehsalı və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq mümkündür.
Tədbirdə BMT Qida Sistemləri Zirvə görüşünə hazırlıqlar, milli dialoq prosesi, davamlı qida sistemlərinin yaradılması mövzularında təqdimatlar olub, təkliflər səslənib, müzakirələr aparılıb. Davamlı İnkişaf Məqsədlərinin tərkib hissəsi kimi daha güclü qida sistemlərinin formalaşdırılması üçün milli qida sistemləri ilə bağlı təcrübə mübadiləsi, daha davamlı qida sistemləri istiqamətində görüləcək tədbirlərin müəyyənləşdirilməsi və səylərin birləşdirilməsi ilə bağlı bu formatda görüşlərin davam etdirilməsinin əhəmiyyətli olduğu qeyd olunub.
BMT-nin Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək – FOTO BMT-nin Qida Sistemləri üzrə Zirvə toplantısı keçiriləcək – FOTO

Sosial       Tarix: 26 may 2021
f Paylaş

Oxşar xəbərlər

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 avqust 2026-cı il tarixində BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak etmək istəyə

Teymur Musayevin müavinlərinin sayı artırıldı

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, səhiyyə nazirinin müavinlərinin say

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbayca

Sabahın hava proqnozu açıqlandı

İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı

Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil. Mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir. Dermatoloq-trixoloq

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Meteohəssas insanların nəzərinə

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri sonxeber az son xeberler 2026 ən son xəbərlər bugün