BMT: "Oxçuçayın təmizlənməsində Azərbaycana kömək göstərməyə hazırıq
BMT rəsmisi Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə münasibət bildirib.
Bununla bağlı "Report"un sualını cavablandıran BMT-nin Ətraf Mühit Proqramının (UNEP – "The United Nations Environment Programme") İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Keişamaza Rukikaire məsələdən xəbərsiz olduqlarını deyib.
"Azərbaycan dövləti bu məsələ ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əlaqə yaratmayıb. Ancaq tələb olunarsa, Ətraf Mühit Proqramı təcrübə və səlahiyyətlərimiz daxilində Azərbaycana kömək göstərməyə hazırdır. Bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatorunun koordinasiyası və rəhbərliyi altında edə bilərik", - deyə o bildirib.
Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin ətraf mühit siyasətlərinin və təcrübələrinin implementasiyasını həyata keçirir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı