BMT: "Ukraynada 10 milyona yaxın insan işıqsız qalıb"
Ukraynada 10 milyona yaxın istehlakçı işıqsız qalıb, qış ərəfəsində 630 mindən çox insana humanitar yardım edilib.
KONKRET.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Ukraynaya kömək məqsədilə Parisdə təşkil olunan beynəlxalq konfransın iştirakçılarına videomüraciətində bildirib.
Ukrayna hökumətinin məlumatına görə, ölkənin enerji infrastrukturunun 50 faizi Rusiya Silahlı Qüvvələrinin raket hücumu nəticəsində məhv edilib.
Ukraynanın Baş naziri Denis Şmıqal dekabrın 9-da etiraf etmişdi ki, bütün İstilik Elektrik Stansiyaları (İES), Su Elektrik Stansiyaları (SES) və yüksək gərginlikli elektrik şəbəkəsi obyektlərinin 40 faizi müxtəlif dərəcədə zədələnib. Bu səbəbdən ölkədə qış fəsli boyunca elektrik enerjisi istehlakı ilə bağlı məhdudiyyətlər mövcud olacaq.
Xatırladaq ki, keçən ayın sonunda Ukrayna Prezidenti Vladimir Zelenski çıxışı zamanı 6 milyondan çox abonentin işıqsız qaldığını bildirmişdi.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı