Boksdan qızıl medal gözləmirdim – Ağacan Abıyev
"Tokio-2020 Yay Olimpiya Oyunlarında lisenziya qazanmış və yarışlara qatılan boks yığmamızın heç bir üzvündən qızıl medal gözləmirdim".
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Abıyev deyib. O bildirib ki, boksda qızıl medal qazanmaq şansımız o qədər də çox deyil:
"Doğrusunu deyim ki, medal gözləyirdim. Bu, gümüş və bürünc medallar ola bilərdi. Amma qızıl medal gözləmirdim. Çünki bizim əhalimizin sayı indi 10 milyondur. Bir neçə il əvvəl 6-7 milyon idi. SSRİ kimi 250 milyonluq ölkə olimpiadalardan boks üzrə 1-2 qızıl medal ancaq gətirə bilirdi. Elə bilirsiniz qızıl medal gətirmək asandır?! Çətindir, çox çətindir. Dünyada boksun inkişaf etdiyi ölkələr var. Onlar da istədikləri nəticələri əldə edə bilmirlər. Bilirsiniz, bu, idmandır, hər cür nəticə qeydə alına bilər. Paralimpiyaçılarımızın uğurlarına çox sevindim. Azərbaycanda paralimpiya hərəkatı yeni mərhələyə qədəm qoyur. Bu istiqaməti daha da inkişaf etdirmək lazımdır. Müharibədə yaralanmış uşaqlar bu istiqamətə yönəldilməlidir. Belə olan halda daha uğurlu nəticələrə imza ata bilərik".
Qeyd edək ki, pandemiyaya görə bu il baş tutan Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının üzvləri 3 gümüş və 4 bürünc olmaqla, 7 medal qazanıblar. Boksdan yeganə medalı milliləşdirilmiş kubalı boksçumuz Loren Alfonso ən yüngül çəki dərəcəsində komandamıza qazandırıb. O, bürünc medalla qane olub.
Tural Turan
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var