Bolqarıstan hökumətində Ukrayna BÖHRANI

Bolqarıstan hökumətində Ukrayna BÖHRANIUkraynaya silah yardımı göndərilməsi məsələsində 4 partiyalı hakim koalisiyada ciddi fikir ayrılıqları yaranıb.
KONKRET.azxəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Kiril Petkov "Nova" televiziya kanalına müsahibəsində danışıb.
Petkov, Bolqarıstanın Rusiyanın Ukraynaya qarşı müharibəsini əvvəldən pislədiyini bildirib:
"Ukraynanın yeri Avropa Birliyindədir. Ölkənin təhlükəsizliyi bundan asılıdır. Ukraynaya silah yardımı alacağımız ən yaxşı qərar olardı".
Bu məsələnin koalisiya üzvləri arasında ciddi fikir ayrılıqlarına səbəb olduğuna diqqət çəkən Petkov belə deyib:
"Baş nazir kimi mənim koalisiya tərəfdaşlarım var. Bu tərəfdaşların da açıq şəkildə bəyan etdikləri "aça bilməyəcəkləri qırmızı xətlər" var. Ukraynaya silah göndərilməsinin tərəfdarı olan Demokratik Bolqarıstan Partiyası (DB)  "bu, bizim qırmızı xəttimizdir" deyir. Bolqarıstan Sosialist Partiyası (BSP) isə bunun əksini deyir. Ona görə də mən onları birlikdə Kiyevə getməyə dəvət edəcəyəm, çünki yalnız orada (silahların göndərilməsi ilə bağlı) əsaslandırılmış qərar qəbul edilə bilər".
Qeyd edək ki, müharibə başlayandan Bolqarıstan Ukraynanın lehinə birmənalı mövqe tutdu və ukraynalı mühacirləri qəbul etdi. Digər tərəfdən hakim koalisiya tərəfdaşları isə silah yardımı məsələsində ziddiyyətli mövqe nümayiş etdirdilər.
Belə ki, Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın ölkəsinə silah göndərilməsi tələbi ilə ötən həftə Bolqarıstana 3 günlük səfəri zamanı koalisiyada fikir ayrılıqları yaranıb.
Baş nazir Petkovun və hakim koalisiyanın liderinin həmsədrlik etdiyi "Dəyişikliyə davam" (PP) partiyası və Slavi Rifonovun "Belə bir xalq var" (ITN) partiyası Ukraynaya silah göndərilməsini dəstəkləyir.
Digər tərəfdən hakim koalisiyanın dördüncü partnyoru, kommunist əsilli və Rusiyayönümlü Bolqarıstan Sosialist Partiyasının (BSP) lideri Korneliya Ninova "Ukraynaya göndəriləcək bir güllə belə bizim koalisiyadan çıxmağımıza səbəb olacaq" – deyə bildirib.
Baş nazirin müavini və İqtisadiyyat naziri vəzifələrini də üzərinə götürən Ninova bir nazir olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qarşı çıxaraq Ukraynaya silah göndərilməsini nəzərdə tutan heç bir sənədə qol çəkməyəcəyini açıqlayıb.
Qeyd edək ki, mümkün səsvermədə 240 deputatdan ibarət parlamentdə BSP-nin 26, müxalifətçi populist Dirçəliş Partiyasının isə 13 deputatı "əleyhinə" səs verəcək. Lakin BSP getsə, hakim koalisiya dağılacaq.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 24 aprel 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com