Bosniya və Herseqovina səfiri: "Qarabağda olduğum üçün özümü xoşbəxt hiss edirəm"
"Qarabağda olduğum üçün özümü xoşbəxt hiss edirəm".
KONKRET.az xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın Türkiyədəki səfiri Adis Alagic deyib.
O bildirib ki, Azərbaycan dövlətinin öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində yenidən qaytarması onları çox sevindirir:
"Eyni zamanda Qarabağda sürətli şəkildə təmir-bərpa işlərinin aparılması bizi məmnun edir. Bosniya xalqının Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm. Onu da qeyd etmək istəyirəm ki, xalqlarımızın ortaq tarixi, ortaq mədəniyyəti, ortaq kədərləri var. Ən əsası isə ortaq gələcəyə baxışımız var".
Səfir qeyd edib ki, Şuşada keçirilən konfransda çox böyük təcrübələri eşitmək imkanları olub: "Burada barışığın nə qədər ciddi istənildiyi və üzərində işlənildiyini gördük. Bu məsələdə Azərbaycanı dəstəkləyirik".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?