BP və tərəfdaşları 200 Azərbaycan vətəndaşının təlimini maliyyələşdirəcək
BP və tərəfdaşları 200 Azərbaycan vətəndaşının təlimini maliyyələşdirəcək
BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları 200 nəfər Azərbaycan vətəndaşının təlimini Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə maliyyələşdirməklə IBA Tech Akademiyası təşəbbüsünə qoşulduqlarını bildiriblər.
Bu barədə "BP Azərbaycan" tərəfindən məlumat verilib.
Layihə ölkədə rəqəmsal texnologiyalar üzrə yeni nəsil işçi qüvvəsinin təliminə dəstək vermək üçün nəzərdə tutulub. Proqram sosial və iqtisadi inkişafın bütün sektorlarını təmsil edən təxminən 100 nəfər Azərbaycan vətəndaşına təlim verməyi nəzərdə tutmaqla ötən il fəaliyyətə başlayıb. BP və tərəfdaşlarının dəstəyi ilə bu il proqramdakı iştirakçıların sayı iki dəfə artacaq.
Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb. Hazırda akademiya kodlaşdırmanın əsas sahələrini əhatə edən reallığı əks etdirən intensiv təlim proqramları üzrə təlim keçir.
Layihənin müddəti 12 aydır və dəyəri 400 min manatdır. Bu məbləğin 200 mini BP və tərəfdaşları tərəfindən təmin olunacaq və qalan 200 mini isə Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşdiriləcək. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR