Bravo'nun adından saxta mesajlar yayılır

Bravo'nun adından saxta mesajlar yayılırRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları "Bravo" supermarketlər şəbəkəsinin adından həyata keçirilən "fişinq" kampaniyası ilə bağlı xəbərdar edib.
azxeber.com-un məlumatına görə, qurum bəyan edib ki, istifadəçilərə onların fərdi məlumatlarını ələ keçirmək məqsədilə "WhatsApp" üzərindən şəbəkənin adından saxta mesajlar göndərilir.
Mesajlarda "Bravo"nun yeni filialının açılması münasibətilə 400 manatlıq hədiyyə kuponu vəd olunur və onlardan göndərilən linkə daxil olaraq "sorğu"da iştirak etmələri istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir. Bununla yanaşı, istifadəçidən həmin mesajı nömrə siyahısında olan digər "WhatsApp" istifadəçilərinə göndərməsi tələb olunur.
Bu kimi kiberhücumlarda məqsəd saxta reklam baxışları toplamaqla asan yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.
İstifaçilər aldıqları hər mesaja şübhə ilə yanaşmalı və cəlbedici vədlərə aldanaraq ani hərəkət etməməli, hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad etməməli, şübhəli keçidlərə daxil olmamalı, hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə edərək yoxlamalı, hər hansı şirkət, qurum və yaxud təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmalı, doğruluğundan əmin olmadıqları mesajları digər şəxslərə yönləndirməməli, onlara yönləndirilən mesajlara etibar etməməli, ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə məlumatlandırmalı, həmçinin bu kimi hallarla üzləşdikdə  www.cert.az saytı və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməlidirlər.

Sosial       Tarix: 22 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir". xəbər verir ki, bunu -ə açıqlamasınd

Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - Açıqlama

Rusiyada bəzi bölgələrdə benzinin əlçatanlığında yaranan çətinliklər enerji bazarında yeni müzakirələrə səbəb olub. Bu vəziyyət avtomobil sektorunda alternativ enerji mənbələrinə marağın artması ehtimalını yenidən gündəm

Çox yalan danışan kişini ifşa edən 6 ifadə

Tez-tez yalan danışan insanı bəzən yalnız sözlərindəki ziddiyyətlərə görə deyil, söhbət zamanı mütəmadi istifadə etdiyi bəzi xarakterik ifadələrə görə də tanımaq mümkün ola bilər. Psixologiya üzrə mütəxəssislər bildirirlə

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Ginekoloji xəstəliklər niyə yayda kəskinləşir?

Ginekoloji xəstəliklər yay mövsümündə daha tez-tez kəskinləşir. Bu, açıq su hövzələrində çimmək, çimdikdən sonra soyuma və uzunmüddətli səfərlər nəticəsində baş verir. . Bu barədə "İzvestiya" qəzetinə ginekolo


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler axsam.az xeberler xeberler bugun 2026 xeberlər