Braziliya millisinin keçmiş futbolçusu qaçırılıb
Braziliya millisinin keçmiş futbolçusu qaçırılıb
"Valensiya" və "Korintians" kimi tanınmış klubların keçmiş futbolçusu Marselinyo Karioka Braziliyada musiqi konserti zamanı qaçırılıb.
Bu barədə keçmiş futbolçunun vəkilinə istinadən məlumat yayılıb.
Mənbənin sözlərinə görə, oğurluq dünən, dekabrın 17-də musiqi konserti zamanı baş verib. Karioka tədbirdə tanış olduğu bir qadınla yola çıxmaq qərarına gəldikdən sonra qaçırılıb.
Həmçinin bildirilir ki, hazırda cinayətkarlar Marselinyonun azadlığa buraxılması üçün təxminən 90 min Braziliya realı (təxminən 17 min avro) tələb edirlər.
Qeyd edək ki, Marselinyo Karioka 2010-cu ildə peşəkar karyerasını bitirib. O, "Flamenqo", "Korintians", "Valensiya", "Santos", "Vasko da Qama" kimi klublarda çıxış edib. Karioka Braziliya millisinin heyətində də üç oyun keçirib və iki qol vurub.
Mənbə: championat.com / oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var