Braziliyadakı səfirliyimizdə ermənilərin ölkəmizə qarşı törətdiyi təxribatlarla bağlı brifinq keçirilib
Braziliyadakı səfirliyimizdə ermənilərin ölkəmizə qarşı törətdiyi təxribatlarla bağlı brifinq keçirilib
Oktyabrın 8-də Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində bir qrup yerli və xarici mətbuat orqanının nümayəndələri üçün brifinq keçirilib.
Səfirlikdən bildiriblər ki, otuza yaxın mətbuat nümayəndəsinin qatıldığı brifinqdə çıxış edən səfir Elxan Poluxov Ermənistanın sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirdiyi növbəti təcavüz və düşmənə verilən layiqli cavab haqqında məlumat verib.
Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinın tarixi haqqında danışaraq, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə söykəndiyini deyib. Münaqişənin həllinin əsas prinsiplərini formalaşdıran, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə toxunan E.Poluxov qətnamələrin hazırlanması və qəbulunda həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Braziliyanın da iştirakını xatırladıb. Səfir qətnamələrin qəbulundan ötən 27 il ərzində beynəlxalq aləm tərəfindən onların yerinə yetirilməsinin tələb edilmədiyini vurğulayıb.
Diplomat bildirib ki, Ermənistan beynəlxalq qanunvericiliyin tələblərini kobudcasına pozaraq münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın mülki və sənaye infrastrukturlarını, neft və qaz kəmərlərini, su anbarları və yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutur. Ermənistan buna görə məsuliyyət daşıyacaq.
Braziliyada çoxsaylı erməni icmasının yaşadığını söyləyən E.Poluxov Ermənistan rəhbərliyinin erməni diasporu vasitəsilə münaqişə zonasına xarici muzdluları cəlb etdiyini də jurnalistlərin nəzərinə çatdırıb.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Tədbirdə jurnalistlərə münaqişəyə dair video və foto çarxlar nümayiş etdirilib, məlumatlandırıcı materialların toplandığı qovluqlar paylanıb.



Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR