Britaniya ştammı 70 faiz daha ölümcüldür - Azərbaycanlı alimdən XƏBƏRDARLIQ

Britaniya ştammı 70 faiz daha ölümcüldür - Azərbaycanlı alimdən XƏBƏRDARLIQBritaniya ştammı 70 faiz daha ölümcüldür - Azərbaycanlı alimdən XƏBƏRDARLIQ
"Koronavirsun (COVID-19) Britaniya ştammının dəfələrlə öldürücü olduğu sübut edilib. Son günlər aparılan çox önəmli dörd elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı, öldürücülük faizinin də yüksəkliyi təsdiq edib".
Bunu Oxu.Az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib:
"Yoluxdurma əmsalının SARS-CoV-2-nin yoluxdurma əmsalından 35 % daha böyük və eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma qabiliyyətinin 15 faiz olduğunu qeyd etmişdim. Bu həmin zaman üçün məlum olan elmi əsaslı nəticələr idi. Amma həmin tədqiqatlarda yeni ştammın öldürücülük əmsalının yüksək olması görünmürdü.
Hətta ilk tədqiqatlarla hesab edilirdi ki, yeni ştammın yoluxduruculuq əmsalının yüksək olmasına səbəb xəstəliyin simptomsuz və yüngül keçirilməsi səbəb ola bilər. Amma təəssüflər olsun ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu təsdiqləyib.
Tədqiqatla tanış olan elm adamları onun metodik və statistik hissəsinin yüksək elmi dəqiqliklə hazırlandığının şahidi olur. Nəticədə məlum olub ki, virusun PCR-lə təsdiqindən sonra 28 gün ərzində ölüm riski 58-67 faiz yüksəkdir. Bu da o deməkdir ki, Britaniya ştammına yoluxan şəxsin 28 gün ərzindəki ölüm riski bildiyimiz COVID-19 xəstəsinin ölüm riski ilə müqayisədə maksimum 67 faiz yuxarıdır".
Həkim bildirib ki, bu tədqiqatlardan ikisi fərqli yaş qruplarında PCR testindən 28 gün sonrakı ölüm riskini də hesablayıb:
"Belə ki, bir tədqiqatda 55-69 yaşlılar arasında ölüm riski 0,6 faizdən 0,9 %-ə qalxıb. Digər tədqiqatda yaşı 65-dən aşağı olan insanlar üçün riskin 0,09 %-dən 0,14 %-ə qalxması müşahidə edilib. Başqa bir tədqiqatda da 70-84 yaş arasında olan insanlarda ölüm riskinin mutantlarla yoluxma zamanı 4,7 %-dən 7,2 %-ə qalxmasına rast gəlinib. Yəni risk təxminən 53 % artıb. 85 yaşdan yuxarılarda isə ölüm riski 16,7 %-dən 24,3 %-ə qalxıb.
Bütün bunlar o deməkdir ki, gənc və orta yaşlılarda ölüm riski aşağı olsa da, yaş artdıqca ölüm riski dəfələrlə çoxalır. Bu da Danimarkada aparılan tədqiqatla bir daha üst-üstə düşür. Belə ki, burada ölüm riski başqa parametr çərçivəsində, xəstəxanaya qəbul edilənlər arasında ölçülüb. Nəticədə isə virusun yeni ştammı ilə xəstəxanaya düşənlərin ölüm riskinin təxminən 64 % qalxmasını görürük.
Artıq bu rəqəmlərlə vəziyyətin bütün dünyada, o cümlədən Azərbaycanda da nə qədər ciddi olduğu müşahidə olunmaqdadır. Bunlar mənim, eləcə də bir çox alimlərin gözləmədiyi, amma reallığı əks etdirən faktlardır. Burada artıq kimin inanıb-inanmadığının və ya nələr danışdığının önəmi yoxdur.
Fakt odur ki, bizim qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 % yüksəlmiş virus dayanıb. Bu da onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha təhlükəlidir. Bu da xüsusən də Azərbaycan üçün heç xoşa gələn xəbərlər deyil".
Azərbaycanlı alim bu səbəbdən əhaliyə müraciət edərək bildirib ki, qarşıdakı günlərdə tələb olunan bütün qaydalara riayət edilməlidir:
"Çünki insanların zərurət olmadan küçələrə çıxması, kütləvi bayram mərasimləri keçirməsi, bir-birinin evinə qonaq getməsi və canlı ünsiyyətlərin sayını minimuma endirməmələri yeni ştammın geniş yayılmasına gətirib çıxara bilər. Bu da ölkə üçün faciələrə səbəb ola bilər".
"Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bu cür elmi tədqiqatların bu qədər statistik dəqiqliklə aparılması hər bir ölkədə, hətta bu gün Almaniyada da aparılması sadə deyil. Bu cür tədqiqatların nəticələrini zamanında bilmək və bu səviyyədə tədqiqatları icra edərək pandemiya ilə üst səviyyədə mübarizə aparmaq Azərbaycanın da səhiyyə siyasətinin məqsədi olmalıdır. Çünki Azərbaycanda bunu etməyə kifayət qədər potensial var", - deyə tibb elmləri doktoru qeyd edib.
Alim təəssüf hissi və ciddi narahatlıqla deyib ki, bir neçə ay öncə bir çox elm adamlarının inanmadığı, faciə törədəcək məsələ dörd elmi tədqiqatla öz təsdiqini tapdı:
"Bu cür elmi tədqiqatlar çox incə elmi məqamlar nəzərə alınaraq dəqiq statistik hesablamalarla aparılıb. Tədqiqatlar İngiltərənin "London School for Hygiene and Tropical Medicine" və Danimarkanın "Nature", "British Medical Journal" kimi nüfuzlu jurnallarında çap edilib. Bu gün aktiv şəkildə elmlə məşğul olan biri kimi deyə bilərəm ki, bu cür elmi tədqiqatlar səviyyəsində elmi məqalə hazır etmək Almaniya sistemində sadə məsələ deyil. Elm adına böyük uğurdur ki, bu nəticələri əldə etmək olur və bizlər də bundan mütləq yararlanmalıyıq.
Azərbaycanda da Britaniya mutantlarının artıq yayıldığına əminəm və bu, çox ciddi şəkildə narahat olmağa səbəbdir. Ölüm riskinin neçə faiz artmasını dəqiq qeyd etmişəm. Bunu başa düşən hər kəs bu mərhələdə canlı ünsiyyətlərin minimuma endirilməsi üçün əlindən gələni etməlidir və peyvəndləmə prosesi mütləq şəkildə sürətləndirilməlidir".
Qeyd edək ki, koronavirusun yeni növü olan Britaniya ştammının Azərbaycanda tapılması ehtimal edilir. Lakin bu, rəsmi qaydada təsdiqlənməyib.

Sosial       Tarix: 18 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar