Britaniyalı hüquqşünaslar Ermənistanın hərbi cinayətləri barədə hesabat hazırlayıblar - VİDEO

Britaniyalı hüquqşünaslar Ermənistanın hərbi cinayətləri barədə hesabat hazırlayıblar - VİDEOBritaniyadan olan beynəlxalq hüquqşünaslar Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat hazırlayıblar.
Londonda yaşayan həmyerlimiz "BM Morrison Partners" beynəlxalq hüquq firmasının rəhbəri tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı, həmçinin Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə görkəmli beynəlxalq cinayət hüququ üzrə vəkil, "9 Bedford Row" vəkillər palatasının nümayəndəsi Steven Kayın başçılıq etdiyi qrup həmin hesabatı hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Hesabatda Azərbaycanın ən böyük ikinci şəhəri Gəncə də daxil olmaqla ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqteyi nəzərindən qiymət verilir. Hesabatda müharibə dövründə 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnmiş hücumlara hərbi və insanlıq əleyhinə cinayətlər kimi qiymət verilir. 100 səhifəlik hesabat Azərbaycanın həmin hücuma məruz qalmış yaşayış məntəqələrinə səfərlərin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır.
Hesabatda, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal dövründə Füzuli rayonunda törədikləri əməllərə də hüquqi qiymət verilib və onlara qəsdən törədilmiş hərbi cinayət kvalifikasiyası verilir. Hesabata xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.

Siyasi       Tarix: 02 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


yeni xeberler son xeberler azerbaycan xeberleri sosial yardim havanın temperaturu bu gune olan xeberler bugun xeberler