Britaniyalı qadın Antarktidanı xizəklə keçib, dünya rekordu qırdı
Britaniyalı qadın Antarktidanı xizəklə keçib, dünya rekordu qırdı
Britaniya ordusunun həkimi Harprit Çandi qadınların Antarktidanı təkbaşına xizəklə keçməsi üzrə dünya rekordu vurub.
Qadın bu məqsədlə xidməti məzuniyyət götürüb. O, 1 130 kilometr Antarktika buzunu 31 gün 13 saat 19 dəqiqəyə qət edərək əvvəlki rekordçu Karolin Koteni bir gün 14 saat qabaqlayıb.
Ginnesin Rekordlar Kitabı bu rekordu hələ təsdiq etməyib. Bu, bir neçə ay çəkə bilər.
"Mən yorulmuşam, lakin bunu bacardığım üçün çox şadam. Bu, mənim son ekspedisiyamdan tamamilə fərqli idi", - deyə Çandi bildirib.
Həkim orta hesabla gündə 12-13 saat xizək sürüb və içində sağ qalması üçün lazım olan hər şey olan 75 kiloqramlıq kirşəni çəkib.
"Antarktida heyrətamiz bir yerdir və burada olmaq böyük şərəfdir. Bu, hər kəsin fəth edə biləcəyi bir yer deyil, bu hörmətlə yanaşdığımız və onu təhlükəsiz keçməyə imkan verəcəyinə ümid etdiyimiz bir yerdir", - deyə o vurğulayıb.
Mənbə: The Guardian / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR