Bu, 45 ilin sənətkarına rəvadır?

Bu, 45 ilin sənətkarına rəvadır?"İnanın mənə bu xəbəri görəndə nə qədər məyus oldum, onu bir Allah bilir. O boytda dahi, hörmətli sənətkarımıza bu formada, rəsmən işgəncə verirdi. Elə bil düşməndir, yerə yıxıb amansızca zərbələr endirirdi. Hələ qıraqdan baxan, biganə "insancıqlar"... Belə də Allahdan, dindən, müsəlmançılıqdan danışırıq, baxın, o videoda harada gördünüz insanlığı?".
azxeber.com xəbər verir ki, bunu müğənni Xatun Əliyeva Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən yazıb. O, sənətçiyə qarşı edilən hərəkəti qınayıb:
3 il Ağadadaş müəllimin yanında çalışmışam. O hər zaman ali cənab, yüksək mədəniyyətli, ağıllı, savadlı, insanlara ehtiyatla yanaşan, çox dəyərli, sevilən insan olub. 45 ilin sənətkarına bu rəvadır? Elə bil hamı onun məhvinə imza atıb.
Gələk indi o qafilə, amansız, vəhşi insana... Siz aydın aşkar görmürsünüz ki, bu hərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinə rəğmən bir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd də elə bil gücünü sınıyır, rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" də edib, polisə ərizə yazır. Həm günahkar, həm güclü. 
Bütün məşhurlara səslənirəm, heç nədən baxın, belə bir hadisə baş verdi. Hər hansımıza bu hörmətsizlik oluna bilər. Ağadadaş müəllim elə-belə sənətkar deyil. Səhhətinə, xəstəliyinə, 45 illik sənətkarlığına acımıyanlar bizə nələr edərlər. Bu gün haqq səsimizi ucaltmalıyıq, unutmuyun ki, gözü dönmüş paxıl, tərbiyəsiz, gerizəkalı insan sən haqlı ikən haqsız duruma salıb bax belə ifşa edər!
Başqa millətlər itlərini övəndə, biz aslanımızı nə günə qoyduq. Ağadadaş müəllim, sizi çox sevirəm, siz mənim ən sevdiyim sənətkarsınız, dəyərlisiz, çox kədərliyəm, heç yerə-göyə sığmıram. Keçmiş olsun. Məşhurlar bir olaq, unutmayaq ki, hər yerdə kamera və namərdlər var".
Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi açılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Şou Biznes       Tarix: 23 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi 2026 xeber sou xeberler valyuta mezennesi