"Bu amnistiya aktında bütün şərtlər nəzərə alınıb" - Tənzilə Rüstəmxanlı
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib.
Milli Məclisin bugünkü plenar iclasında gündəlikdəki məsələlərə münasibət bildirən deputatlar Prezidentin amnistiya təşəbbüsünü yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı azxeber.com-a açıqlamasında deyib ki, amnistiya çox böyük və mühüm hüquqi tədbirdir:
"Bu, ölkə başçısının atdığı son dərəcə humanist addımdır və Azərbaycanda humanizmin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu amnistiya aktında bütün şərtlər nəzərə alınıb. Vətən müharibəsinin iştirakçıları və antiterror tədbirləri zamanı döyüşlərdə iştirak etmiş şəxslərin birinci dərəcəli yaxın qohumlarının da bu amnistiyadan yararlanması nəzərdə tutulur. Lakin bunun da müəyyən şərtləri var və həmin şərtlər sənəddə hərtərəfli şəkildə göstərilib".
Deputat qeyd edib ki, bütün hallarda bu qərar böyük humanizmin nümayişidir:
"Düşünürəm ki, amnistiyadan yararlanan şəxslər cəza çəkdikləri müddətdə törətdikləri əməllərdən lazımi dərs çıxarıblar və gələcəkdə bu cür halların təkrarlanmaması üçün nəticə çıxaracaqlar. Xüsusilə 60 yaşdan yuxarı şəxslərin, eləcə də cinayəti törədərkən yetkinlik yaşına çatmayan gənclərin bu amnistiya aktından yararlana bilməsi cəmiyyətə verilən mühüm mesajdır. Mən bu qərarı alqışlayıram və yüksək qiymətləndirirəm".
Şahanə Ziyad
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib