Bu amnistiya aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq' - Deputat

Bu amnistiya aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq' - Deputat"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində 20 mindən çox vətəndaşımızın sevinəcəyinə, onların ailə üzvləri və yaxınları da nəzərə alındıqda, on minlərlə insanın bu təşəbbüsdən faydalanacağına inanırıq".
Bu sözləri azxeber.com-açıqlamasında Milli Məclisinin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, amnistiya hər kəs tərəfindən böyük sevinclə qarşılanıb:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən amnistiya elan edilməsi ilə bağlı təşəbbüsün irəli sürülməsi cəmiyyətdə böyük məmnunluqla qarşılanıb. Amnistiya təşəbbüsü sayəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, eləcə də bu əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına, Ermənistan Respublikasının mülki əhaliyə qarşı törətdiyi təxribatlar nəticəsində əlil olmuş şəxslərə şamil oluna bilər".  
Deputat vurğulayıb ki, amnistiya bir sıra sosial qruplara da aiddir:
"Qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər kateqoriyalara aid şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bu təşəbbüs müstəqillik dövrünün ən böyük amnistiya aktı kimi dəyərləndirilir. Milli Məclisə təqdim olunan bu amnistiya aktının qısa müddətdə dəstəklənəcəyinə və çoxsaylı insanların bu qərardan yararlanacağına inanırıq".
Parlamentari qeyd edib ki, amnistiya çox mütərəqqi addımdır:
""Suverenlik və Konstitusiya İli" çərçivəsində cənab Prezident tərəfindən irəli sürülmüş bu təşəbbüs son dərəcə humanist və mütərəqqi bir addımdır. 
Mən Gəncə seçiciləri adından cənab Prezidentə dərin təşəkkürümü bildirir və inanıram ki, bu amnistiya aktından yararlanacaq şəxslər azadlığın dəyərini daha dərindən anlayacaq. Eyni zamanda gələcəkdə Azərbaycan Respublikasının qanunlarını pozmağa, hər hansı cinayət əməlinə yol verməyə cəhd göstərməyəcəklər".
Şahanə Ziyad

Siyasi       Tarix: 16 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber hava sonxəbərlər ən son xəbər