Bu avtomobillər yolda anidən alışa bilər - Açıqlama
Sel və daşqın nəticəsində zərər görmüş avtomobillər bəzən təmir edilərək yenidən satış bazarına çıxarılır. Xarici görünüşü tam bərpa olunan belə nəqliyyat vasitələrinin əvvəlki vəziyyətini müəyyən etmək isə alıcılar üçün ciddi problem yaradır.
Bəs belə avtomobili almazdan əvvəl necə müəyyən etmək olar? Bu cür avtomobillərin gizli nasazlıqları sonradan sürücülər üçün hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bəzi avtomobillərdə sel və ya su basmasının izlərini müəyyən etmək olduqca çətindir.
Onun sözlərinə görə, bunu avtomobilin xarici görünüşünə əsasən hər zaman müəyyən etmək mümkün olmur:
"Buna görə də vətəndaşlar ikinci əl, yəni işlənmiş avtomobil alarkən mütləq ehtiyatlı davranmalıdırlar. Belə avtomobilləri almazdan əvvəl onları həmin markanın rəsmi servisində peşəkar diaqnostikadan keçirmək tövsiyə olunur.
Rəsmi servislərdə xüsusi diaqnostika avadanlıqları vasitəsilə avtomobilin elektron sistemləri, mühərriki, elektrik naqilləri və digər vacib hissələri yoxlanılır. Bu zaman avtomobildə gizlədilmiş və ya adi baxış zamanı görünməyən nasazlıqların aşkarlanması ehtimalı artır. Bu da alıcının gələcəkdə ciddi problemlərlə üzləşməsinin qarşısını ala bilər.
Belə avtomobillərin əsas risklərindən biri elektrik sistemində yaranan problemlərlə bağlıdır. Əgər avtomobilin elektrik naqilləri suya və ya nəmə məruz qalıbsa, bu, müəyyən müddətdən sonra qısaqapanmaya səbəb ola bilər. Nəticədə avtomobildə müxtəlif elektron nasazlıqlar yarana bilər, hətta bəzi hallarda avtomobilin alışaraq yanması riski də meydana çıxa bilər.
Digər əsas risk isə avtomobilin metal hissələrinin korroziyaya uğramasıdır. Suya məruz qalmış avtomobillərdə zaman keçdikcə paslanma və çürümə prosesi sürətlənir. Bu isə həm kuzovun, həm də daşıyıcı konstruksiyaların möhkəmliyinə mənfi təsir göstərir, nəqliyyat vasitəsinin təhlükəsizliyini azaldır və sonradan yüksək təmir xərclərinə səbəb ola bilər", – deyə ekspert fikrini tamamlayıb. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
AccessBank tender elan etdi
Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
Bakıda ağır qəza: Qadını vurdu, sonra "Prius"a çırpıldı
"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan
Premyer Liqada iki maraqlı oyun: Bu gün hansı komanda qarşılaşır?
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - Fotolar