Bu, baş versə, Ermənistan Azərbaycana qarşı müharibəyə başlaya bilər - ŞOK DETALLAR
"Paşinyanın hakimiyyətdən getməsi avtomatik olaraq müharibə ehtimalının yüksəlməsi demək deyil, lakin risk faktorlarını böyüdən ssenari yarada bilər. Əgər yeni erməni liderliyi daxili legitimlik qazanmaq üçün revanşist ritorikaya qayıdaraq Azərbaycana qarşı ərazi iddialarını rəsmi gündəmə gətirsə, bu, ilk növbədə siyasi və diplomatik gərginliyin artmasına səbəb olacaq. Belə bir xətt Ermənistan üçün beynəlxalq təcrid riskini yenidən gündəmə gətirər, çünki 2020-ci ildən sonra formalaşmış regional və beynəlxalq reallıqlar bu cür iddiaları legitim saymır. Üstəlik, Ermənistanın hərbi, iqtisadi və institusional imkanları yeni genişmiqyaslı müharibə aparmaq üçün kifayət etmir və bu, revanşist siyasəti daha çox daxili auditoriyaya hesablanmış populizmə çevirir".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
"Digər tərəfdən, Azərbaycan üçün əsas meyar ritorika yox, praktiki addımlar olacaq. Ərazi iddialarının rəsmi sənədlərə, hərbi hazırlıqlara və ya təxribatlara çevrilməsi təhlükəsizlik baxımından qırmızı xətlər kimi qiymətləndirilər".
Politoloq əlavə edib ki, bu halda Azərbaycan preventiv və ya məhdud cavab tədbirlərini istisna etməz, lakin genişmiqyaslı müharibə ssenarisi yalnız Ermənistan tərəfindən real təhlükə formalaşdırıldığı halda aktuallaşa bilər.
"Mövcud regional balans, Türkiyənin açıq dəstəyi və beynəlxalq aktorların yeni müharibədə maraqlı olmaması göstərir ki, eskalasiya ehtimalı var, amma müharibə Ermənistan üçün son dərəcə yüksək qiymətli və riskli seçim olaraq qalır".
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib