"Bu, baş versə, Paşinyan mütləq hakimiyyətini itirəcək" - SENSASİON DETALLAR

"II Qarabağ savaşından sonra Qərbin bu regionda nüfuz dairəsi bir az genişlənib. Buna da Nikol Paşinyan hökuməti şərait yaradıb. Doğrudur, 2018-ci ildəki inqilabla hakimiyyətə gələn Nikol həmin zamanlardan Ermənistanın Avropadakı "böyük bacısı" Fransa, Amerika, Almaniya və digər iri güclərin Cənubi Qafqaza gəlməsində maraqlı olduğunu gizlədə bilmirdi. Amma bunun üçün açıq fəaliyyətə başlaya bilməzdi. Nəzərə alsaq ki, Ermənistan bu gün də Rusiyanın forpostu olaraq qalmaqdadır. "
Bu fikirləri KONKRET.az-açıqlamasında Ağ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı bildirib.
"Ərazisindəki 102-ci rus bazasının hələ də qalması çox sualların cavabıdır. Amma Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edəndən sonra vəziyyət çox dəyişdi. Paşinyan xalqına o mesajı verdi ki, indiyə qədər arxamızda duran Rusiya, bizə I Qarabağ savaşında torpaqlar işğal etməyimizə tam dəstək verən Kreml, bu dəfə meydanda tək qoydu. Dərhal Ermənistan Avropada kölgəsinə sığınmağa güclər axtarmağa başladı. Bunun üçün bəzi yollara baş vurdular. Nəticədə Avropa İttifaqının müşahidə missiyası bölgəyə gətirildi".
Siyasi analitik hesab edir ki, Rusiyanın Ukraynada başlatdığı savaş Qərbin bölgədə təsirinin bir qədər də artmasına səbəb olub:
"3 ildən çoxdur ki, Ukraynada amansız savaş gedir və Rusiyanın diqqəti daha çox o istiqamətə yönəlib. Hiyləgər Paşinyan da bundan istifadə cəhdləri etdi. Amma hesab edirəm ki, bu, müvəqqətidir. Ukrayna savaşı bitəndən sonra Rusiya üzünü Ermənistana tərəf mütləq çevirəcək. O zaman Paşinyan hakimiyyətinin taleyini düşünməli olacaq. Düşüncəmə görə, tanıdığımız Putin onu iqtidarda saxlamayacaq. Bütün bunların Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcəyi yönündəki sualınıza gəlincə, hazırda iki ölkə arasında əsas danışıqlar sülh sənədinə qol çəkilməsi istiqaməti yönündədir. Ermənistan vaxt uzadır və Qərbdəki havadarlarına burada daha çox ümid edir. Amma düşünürəm ki, artıq sülh müqaviləsinin uzanması üçün bütün limitlər dolmaq üzrədir. Burada qardaş Türkiyə faktorunu da unutmayaq. Dünyada və regionda son illərdə Ankaranın nüfuzu durmadan artır. Bu da təbii ki, Azərbaycanın əlini gücləndirir. Bütün bunlardan çıxış etsək, regionda hansı güclər olursa olsun, Azərbaycan-Ermənistan münasibətləri ancaq sülh sazişi əldə olunandan sonra müxtəlif istiqamətlərdə cərəyan edə bilər. Əks halda indiki vəziyyət davam edəcək".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 21 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan havanın temperaturu xəbər.az xəbər az