Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq' - Qənirə Paşayeva

Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq' - Qənirə Paşayeva"Mədəniyyət paytaxtımız olan əziz Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən, erməni barbarlığının bariz nümunəsi olan bir çox dağıdılmış abidələrimizi, zamanında dövlət qoruması altında olmuş evləri, mülkləri ziyarət etdik. İşğalçı Ermənistan vandalizminin dəhşətləri Şuşanın hər tərəfində görünürdü".
Bu sözləri Azxeber.com-a açıqlama verın millət vəkili Qənirə Paşayeva Şuşada Vaqif Poeziya Günlərində iştirakı zamanı gördüklərini dilə gətirərkən deyib: "Ali Baş Komandanımızın rəhbərliyi, Ordumuzun unikal hərbi əməliyyatı ilə işğaldan azad edilmiş əziz Şuşamızda böyük quruculuq, abadlıq işləri aparılır. İnanırıq ki, Şuşada bütün abidələr sırası ilə təmir-bərpa edilərək, Şuşaya gələn ziyarətçilərin üzünə açılacaq. 
İşğalçı Ermənistan dövlətinin vandalizminin, erməni barbarlığının izlərini aradan qaldırmaqla yanaşı, onların bir bölümü gələcək nəsillərin görməsi üçün saxlanılacaqdır. 
Biz əminik ki, çox yaxın zamanlarda əziz Şuşamız bütün dünyada ən gözəl şəhərlərdən, abad mədəniyyət paytaxtlarından biri kimi tanınacaq; amma bizim görəcəyimiz çox iş var: erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıyıq. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq". 
#Azərbaycan #Azerbaijan #Qarabağ #Kharabagh #Şuşa #Shusha #AddımAddımŞuşa

Sosial       Tarix: 06 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az son xeberler valyuta mezennesi banklar xəbərlər