Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - FOTO

Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - FOTOBu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - FOTO
Əksər dərmanlar, o cümlədən "parasetamol", antibakterial preparatlar və xolesterolu azaldan dərmanlar (statinlər) alkoqolla uyğun gəlmir. Ümumiyyətlə, spirtli içki və dərman qəbulunun nəticələri gözlənilməzdir.
Bu barədə N.İ.Piroqov adına Rusiya Milli Elmi-Tədqiqat Tibb Universitetinin molekulyar farmakologiya və radiobiologiya kafedrasının baş elmi işçisi Vladimir Roqovski bildirib.
Onun sözlərinə görə, spirtli içkilər dərmanları emal edən (metabolik edən) fermentlərin işini sürətləndirir.
"Bunun nəticələri fəsadlardan tutmuş dərmanın təsirinin zəifləməsinə qədər çox fərqli ola bilər", - deyə farmakoloq izah edir.
Ekspertin sözlərinə görə, spirtli içki ilə birlikdə dərmanın bir dozası belə ölümcül nəticələr üçün kifayətdir. O, nümunə kimi "parasetamol" dərmanını göstərir.
"Məsələn, başı ağrıyan insan "parasetamol" qəbul edir, sonra bir rumka hər hansı alkoqollu içki içir. Bəziləri üçün hətta bu qədəri kifayətdir ki, qaraciyər fəaliyyətini dayandırsın (kəskin hepatotoksiklik), toksinlər sürətlə qanda toplanır, beyinə təsir edir, tənəffüs mərkəzi fəaliyyətini dayandırır" – deyə o, xəbərdarlıq edib.
Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər - FOTOEkspert bununla belə, konkret nəticələri əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb.
"Bütün insanlarda fermentlərin sürəti fərqlidir", - deyə o, əlavə edib.
Farmokoloq bildirib ki, hər bir dərman qəbuluna alkoqolun təsirini öyrənmək üçün mütəxəssislə məsləhətləşmək lazımdır.
"İçki istehlakı dərmandan bir neçə saat sonra da, bir neçə gün sonra da (məsələn antibiotik kursundan) ola bilər", - deyə Roqovski bildirib.
Mənbə: Praym

Maraqlı       Tarix: 14 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezenesi sou biznes son.xabar xeberler bugun