Bu əlamətlər varsa, böyrəyiniz xəstədir - Dərhal həkimə müraciət edin
Böyrəklərin sağlamlığı ilə bağlı problem olduğunu göstərən bəzi əlamətlər aşağıdakı kimidir. Əgər bu simptomlardan hər hansı biri sizdə varsa, həkimə müraciət etmək məsləhətdir:
Sidik ifrazının azalması və ya artması.
Sidikdə qan görünməsi.
Sidiyin bulanıq və ya köpüklü olması.
Sidik ifrazı zamanı ağrı və ya yanma hissi.
Ayaqlarda, ayaq biləklərində, əllərdə və ya üzdə şişkinlik.
Bu, böyrəklərin artıq mayeni kifayət qədər süzmədiyini göstərə bilər.
Böyrəklər qanda toksinləri təmizləyə bilməyəndə yorğunluq hissi yaranır.
Hemoqlobin səviyyəsinin düşməsi nəticəsində anemiya və yorğunluq inkişaf edə bilər.
Böyrək infeksiyası və ya daşları belin alt hissəsində və ya qabırğaların altında ağrıya səbəb ola bilər.
Qanda toksinlər yığılanda dəri quruyur və qaşınır.
Ürəkbulanma və ya qusma:
Böyrək funksiyası pozulmuş insanlarda toksinlərin yığılması nəticəsində belə əlamətlər yaranır.
Yüksək qan təzyiqi:
Böyrəklər təzyiqi tənzimləyən hormonları ifraz edir. Funksiyaları pozulduqda təzyiq yüksələ bilər.
Damaq dadının dəyişməsi və ağızda metallik dad:
Bu, qan toksinlərinin yığılması ilə bağlı ola bilər.
Temperatur və titrətmə:
Böyrək infeksiyaları zamanı bədən temperaturunun artması mümkündür.
Konsentrasiya və yaddaş problemi:
Böyrək funksiyasının zəifləməsi nəticəsində beyin fəaliyyəti də təsirlənə bilər.
Bu əlamətlərin hər biri fərqli xəstəliklərlə bağlı ola bilər. Buna görə, düzgün diaqnoz üçün həkim müayinəsindən keçmək vacibdir. / konkret.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu