Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Bu ərazilərdə evlər kəskin ucuzlaşacaqSubasma riski olan ərazilərdə daşınmaz əmlak bazarında qiymət dinamikası müzakirə mövzusudur. Bu tip ərazilərdə yerləşən evlərin dəyərinin necə formalaşdığı və bazara təsiri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
azxeber.com xəbər verir ki, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, son baş verən hadisələr kanalizasiya və infrastruktur məsələləri artıq daşınmaz əmlak bazarında mühüm faktor kimi ön plana çıxmağa başlayıb:
"Bu təsir daha çox cari il ərzində hiss olunacaq, lakin zaman keçdikcə tədricən aktuallığını itirə bilər. Hazırda Bakı şəhər icra strukturları tərəfindən şəhərin müxtəlif ərazilərində, xüsusilə də kanalizasiya sistemi olmayan yerlərdə xırda kollektorların inşası istiqamətində layihələrə start verilib və bu işlər artıq həyata keçirilməkdədir. Əvvəllər belə infrastrukturun olmaması səbəbindən problemlər daha kəskin hiss olunurdu, lakin son dövrlərdə bu sahədə müəyyən irəliləyiş müşahidə olunur. Digər tərəfdən, bu vəziyyət istehlakçı davranışlarına da təsirsiz ötüşmür. Son hadisələrdən sonra ən azı yaxın 6 ay, 1 il ərzində fərdi ev almaq istəyən şəxslər seçim edərkən kanalizasiya xəttinin mövcudluğuna xüsusi diqqət yetirəcəklər. Bu da öz növbəsində bazarda müəyyən fərqlənməyə səbəb olacaq. Belə ki, kanalizasiya sistemi olan və risklərin daha az olduğu ərazilərdə həm tələbatın, həm də qiymətlərin artacağı gözlənilir. Amma infrastruktur problemlərinin olduğu ərazilər alıcılar üçün daha az cəlbedici olacaq və nəticədə həmin yerlərdə qiymət artımı zəif qala bilər və ya ümumiyyətlə müşahidə olunmaya bilər. Ümumiyyətlə qiymətlərlə bağlı ciddi proqnoz vermək mümkün deyil. Hər şey bazarda formalaşacaq tələbatdan və vətəndaşların mövqeyindən asılıdır. Hazırda bu məsələ ilə bağlı rəsmi statistika yoxdur, hansı ərazilərə nə qədər zərər dəydiyi barədə dəqiq məlumat mövcud deyil. Buna görə də nə mən, nə də digər ekspertlər dərin analiz apararaq konkret proqnoz verə bilirik. Lakin şübhəsiz ki, bunun bazara təsiri olacaq. Kanalizasiya sistemi olan, problem yaşanmayan və nisbətən hündür ərazilərə tələbat daha çox olacaq. Riskli və problem yaşana biləcək ərazilərdə isə maraq daha aşağı olacaq".
Qeyd edək ki, son iki gün ərzində Bakıya və Abşeron yarımadasına rekord yağışlar yağıb. Yağıntının miqdarı normadan 6 dəfə çox olub. Rəsmi açıqlamada bildirilir ki, sonuncu dəfə Bakı belə yağışı 1988-ci ildə görmüşdü.

Sosial       Tarix: 31 mart 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda daha bir yolda təmir işlərinə başlanılır

Bakının Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunda Elzar Yusubov küçəsində təmir işləri aparılır. bu barədə Azərbaycan Avtomobi

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou gunun xeberleri kriminal bugun sonxeber.az