Bu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANAT

Bu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANATBu, Ermənistan hakimiyyətinin saxtakar, çirkin xislətindən xəbər verir - BƏYANAT
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bəyanat yayıb. 
Bəyanatda deyilir: 
"Məlum olduğu kimi, torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan, BMT Baş Assambleyasına "İnkişaf və sülh üçün idman: idman və olimpiya məqsədli dinc və daha yaxşı bir dünya qurmaq" və "sülh mədəniyyəti" adlı bəndləri altında Ümumdünya Şahmat Günü adlı qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsinin əsas qayəsi bəşəriyyəti sülhə, intellektual və mənəvi həmrəyliyə səsləməkdir.
Göründüyü kimi, Ermənistan bu dəfə də özünü dünyaya "sülhpərvər və həmrəylik tərəfdarı" cilidində təqdim etməyə çalışır. Əslində, bu, Ermənistan hakimiyyətinin saxtakar, ali dəyərlər pərdəsi arxasında gizlənən riyakar, çirkin xislətindən xəbər verir.
Minlərlə soydaşımızın öldürülməsinə, yüzlərlə insanlarımızın erməni əsirliyində dəhşətli işgəncələr altında saxlanılmasına, 20 faiz torpaqlarmızın işğal olunmasına, bir miliyondan çox insanın öz yurdundan didərgin düşməsinə və etnik təmizlənməsinə səbəb olan Ermənistan hansı haqqla sülh və həmrəylikdən danışır və şahmat oyununu öz çirkin məqsədinə vasitə etməyə çalışır?
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində böyük şahmat ənənələri olub. Təkcə Kəlbəcər və Şuşa şahmat məktəblərində torpaqlarmız işğal olunmamışdan öncə minlərlə yeniyetmə bu zəka oyununun sirlərini öyrənirdilər. Mən də bu yeniyetmələrdən biri idim.
Atamın Şuşa Şahmat Məktəbinin direktoru olması məndə şahmata olan həvəsi daha da artırmışdı. Mən dəfələrlə Dağlıq Qarabağda keçirilən şahmat turnirlərində iştirak etmişəm. Ən böyük arzum isə gələcəyin tanınmış şahmatçısı olmaq idi. Əminəm ki, torpaqlarımız işğal olunmasaydı, Qarabağ şahmat məktəblərinin yetirmələrinin adları dünyanın şahmat birinciləri ilə eyni sırada çəkiləcəkdi.
Ermənistanın işğalı nəticəsində Qarabağın digər ərazilərində olduğu kimi, Şuşa Şahmat Məktəbinin binası da dağıdılmışdır. Təkcə dağıdılmış insan həyatları deyil, gözəl ənənələri olan idman və mədəniyyət ocaqlarının məhvinə səbəb olan Ermənistanın ali dəyərlərdən danışması ikrah hissi oyadır.
Doğrudanmı, Ermənistan hakimiyyəti dünya ictimaiyyətini aldatmağın bu qədər asan olduğunu düşünür?! BMT TŞ kimi nüfuzlu bir təşkilatın qətnamələrini heçə sayan Ermənistanın indi bu ali təşkilatda şahmat günü ilə bağlı sənəd yayması gülünc deyilmi?!
Dünya ictimaiyyəti işğalçı Ermənistanın əsl mayiyyətini tanımalı, sülh və həmrəylik kimi ali dəyərlərin bu ölkənin hakimiyyətində olanlara yad olduğunu başa düşməlidir.
Ermənistandan fərqli olaraq, biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bəyan edirik ki, öz doğma torpaqlarımıza qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində iki icmanın birlikdə ədalətli və daimi sülh şəraitində yaşaması şəraitində məhv edilmiş şahmat ənənələrini bərpa edəcəyik və dünya bunun şahidi olacaq". /oxu.az

Siyasi       Tarix: 15 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber son xeberler bu gun xəbər.az son xabarlar