Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu
Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtının istintaq təcridxanasındadır, məhkəmənin üç gün ərzində keçirilməsi gözlənilir. Rojanskayanın Rusiyaya deportasiya olunma ehtimalı var: orada onun barəsində uşağın oğurlanması ilə bağlı cinayət işi açılıb. DW-yə vəkilləri Aleksey Pryanişnikov və Riza Nurbayeva bildiriblər ki, qadının həbsi barədə sorğu KTMT xətti ilə verilib.
Pryanişnikovun sözlərinə görə, Rojanskaya Rusiyadan Astanaya gətirilməli olan nəvəsini oradan götürmək istəyirdi. Söhbət Odessada yaşayan qızı Alla Andreyevanın (Sonçik) 2018-ci ildə ilk nikahından dünyaya gələn oğlundan gedir. 2021-ci ildə Rojanskayanın qızı övladı ilə birlikdə ikinci həyat yoldaşının, rusiyalı kişinin yanına Kalininqrad vilayətinə köçüb və orada qalıb. Müharibənin başlamasından az sonra, 2022-ci ilin martında Andreyeva Rusiya DİN-ə özü və uşağı üçün Ukrayna vətəndaşlığından imtina barədə ərizə yazıb. Həmin il Alla Andreyeva özü və oğlu üçün Rusiya vətəndaşlığı alıb.
2025-ci ildə Ukrayna Ali Məhkəməsi uşağın atasının iddiası əsasında oğlanın yaşayış yerini Odessa kimi müəyyən edib. 2026-cı ilin yayında uşağın anasının yeni həyat yoldaşının ailəsi Rojanskaya ilə əlaqə saxlayıb və oğlanı onun ukraynalı atasına və nənəsinə təhvil verməyi təklif edib. Məlum olub ki, həmin vaxt Rusiyada Rojanskayanın həbs edilməsi barədə məhkəmə qərarı artıq verilmişdi, onun ekstradisiyası üçün sənədlər hazırlanırdı. Lakin vəkil Pryanişnikovun sözlərinə görə, Rojanskaya xəbərdarlıqlara baxmayaraq Astanaya yola düşüb.
O, Rojanskayanın Astanada saxlanılmasını "kifayət qədər dəqiq planlaşdırılmış əməliyyat" və FTX-nin təxribatı adlandırıb, işdə müharibə ilə bağlı "siyasi alt mətn" gördüyünü bildirib. Nurbayeva əlavə edib ki, müdafiə etdiyi şəxs Rusiyada onun barəsində cinayət işinin açıldığından xəbərsiz idi.
Ağagül Mürsəlov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı