Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb.
Əks halda, Cənubi Koreyanın Ukraynaya qarşı "müvafiq tədbirlər" görə biləcəyini bildirib.
KONKRET.azxəbər verir ki, Li Çje Myon (fotoda) "X" sosial şəbəkəsində yazıb ki, Kiyev Seulu "yalançı" vəziyyətinə salır. Onun sözlərinə görə, məsələ "Koreya xalqının və dövlətinin şərəfi" ilə bağlıdır.
Bundan bir neçə saat əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Cənubi Koreya ilə yaranmış "diplomatik anlaşılmazlığın" mümkün qədər tez həllində maraqlı olduğunu açıqlayıb. Sibiqanın sözlərinə görə, Kiyev Seulla yaranmış fikir ayrılığının nizamlanması istiqamətində iş aparır.
Sentyabr ayında Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasındakı çıxışı zamanı Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində gedən döyüşlər zamanı əsir götürdüyü iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya təhvil verildiyini açıqlayıb.
Li Çje Myon bu addıma görə Ukraynanı kəskin tənqid edib. Cənubi Koreya prezidentinin sözlərinə görə, Kiyev və Seul bu məlumatı yaymamaq barədə razılığa gəliblər. Məqsəd Şimali Koreyada yaşayan əsirlərin yaxınlarının təhlükəsizliyini riskə atmamaq olub.
Lakin Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi belə bir razılaşmanın olmadığını bildirib.
Bundan sonra Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Ukraynanın Seuldakı səfirini çağıraraq məsələ ilə bağlı izahat tələb edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 02 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Rusiya Ukrayna ilə bağlı tələb etdi - Qazaxıstan məcbur oldu

Qazaxıstanda Ukrayna vətəndaşı Rusiyanın sorğusu ilə saxlanılıb. Bunu DW öz araşdırması nəticəsində müəyyən edib. Lyubov Rojanskaya İstanbuldan Astanaya uçuşdan sonra hava limanında saxlanılıb. O, hazırda Qazaxıstan paytaxtını

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber xeberler bugun xabar az son xəbərlər