Bu evləri almaq təhlükəlidir - VACİB ÇAĞIRIŞ

Bu evləri almaq təhlükəlidir - VACİB ÇAĞIRIŞ"Fərdi yaşayış evi alan zaman mütləq şəkildə əmlakın çıxarışının olması ilə bağlı məlumat əldə etmək lazımdır. Belə evləri yalnız notarial qayda ilə almaq təhlükəsizdir. Çünki əmlakın yüklü olub-olmaması, birgə nikah dövründə əldə edilməsini və digər problemləri öyrənmək üçün notarial qaydada alqı-satqıya müraciət etmək lazımdır. Bu çox önəmli məqamdır".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspert ev alan zaman diqqət edilməsi vacib olan nüansları açıqlayıb:
"Təəssüflər olsun ki, bugün yeni tikililərdə satış qaydaları o qədər də mütərəqqi deyil. Qanunvericilikdə yeni tikililərdə mənzil satılarkən ilkin qeydiyyat arayışının təqdim olunması təminat olsa da, məlum tikinti korporativlərinin əksəriyyəti bu sənədi vermir yaxud verə bilmir. Bu mənada hesab edirəm ki, yeni tikililərdə mənzil alqı-satqısı bir qədər problemdir. Nağdsız alqı-satqılar zamanı əlavə dəyər vergisinin müəyyən hissəsini geri qaytarılması ilə bağlı qərarın da qəbulu bu işi bir qədər mürəkkəbləşdirir.
Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmasına ehtiyac var. Təbii ki, respublika prokurorluğu bu illər ərzində oxşar tələyə düşən 5 mindən artıq vətəndaşın mövcud vəziyyətini əsas götürərək əhaliyə məsələ ilə bağlı müraciətlər edir. Amma biz digər istiqamətlərə də nəzər salmalıyıq ki, orada da mövcud qanunvericiliyimiz bu istiqamətdə alqı-satqı əməliyyatlarının aparılmasına imkan verir? Alternativ yollarımızın nədən ibarət olduğu barədə də düşünməliyik".
Əmlak mütəxəssisi vətəndaşları ayıq-sayıq olmağa səsləyib:
"Vəziyyətin belə olmağı mövcud problemlə bağlı nə isə deməyə imkan vermir. Vətəndaşlar sadəcə diqqətli olmalıdırlar. Çünki burada çoxlu problemli məqamlar var. Çıxarışı olmayan həyət evlərinin alınması təhlükəlidir. Həmin evin kimə məxsus olduğu müəmmalı məsələdir. Eyni zamanda bəzən sənədsiz evi satan şəxsin həyat yoldaşının razılığı olmadıqda problemlər yaranır. Bu nüanslara həssas yanaşmaq lazımdır. Çoxmərtəbəli binalardan ev almaq isə daha qəliz prosesdir. Ona görə də, seçilən tikinti şirkətinin bazarda müəyyən nüfuzu və etibarı olsun. Bu məqam aldanma riskini olduqca azaldır".

Sosial       Tarix: 09 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler az qarabag kriminal xeberler son xeberler az