Bu fərman Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq sualına cavab oldu' - Partiya sədri

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Hesab edirəm ki, bu fərmanda iki detalın tarixi əhəmiyyəti var:
- Dövlət Qarabağa dair açıq qalan məsələlərlə bağlı mövqeyini ilk dəfə rəsmi sənədlə bəyan etdi;
- Dövlətin gələcək strateji hədəfi rəsmiləşdi".
Azxeber.com xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
O bildirib ki, bu fərmanla Qarabağın "statusunun" olmayacağı rəsmi sənədlə təsdiq olunub: 
Bu fərman Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq sualına cavab oldu' - Partiya sədri"Fərmana görə, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. 
Beləliklə də sülhməramlıların hələlik nəzarətində olan Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərmanda ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər:
1) Qarabağın "statusunun" olmayacağı rəsmi sənədlə təsdiq olunur;
2) Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər:
Əliyevin prosesi yetişdirməsi və zamanında – Şuşa Bəyannaməsinin imzalanmasından sonra yekun qərarı verməsi xüsusilə diqqət çəkir.
Düşünürəm ki, burada həm də müharibədən sonra "Xankəndi, Xocalı və Xocavəndin taleyi necə olacaq?" suallarının rəsmi cavabı yer alır.
Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsidir zənnimcə. Əliyev dövlətin gələcək strategiyasını açıq elan etdi desəm lap yerinə düşər…

Siyasi       Tarix: 08 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun hava durumu bugunun xeberleri bu gunun xeberleri