Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsü başlayır

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsü başlayırBu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start veriləcək.
Publika.az xəbər verir ki, cari çempionatda da 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Qəbələ" və "Səbail" mübarizə aparacaq.
Sayca yubiley - 30-cu mövsümün ilk turu 2 oyunla başlayacaq. Günün ilk matçı Masazırda keçiriləcək "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qarşılaşacaq. Start fiti saat 18:30-da veriləcək görüşü Rəşad Əhmədov idarə edəcək. Bu, komandaların ölkə çempionatında 11-ci dueli olacaq. Əvvəlki qarşılaşmalardə hərəyə 4 qələbə qazanan tərəflər 3 görüşdə sülhə razılaşıblar. Topların nisbəti də bərabərdir - 12-12. "Səbail" son 2 oyunda qol buraxmayıb. "Sabah" isə evdəki son 5 matçda uduzmayıb.
Günün son oyununda Azərbaycan Kubokunun son finalçıları - "Keşlə" və "Sumqayıt" üz-üzə gələcək. "ASK Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Klublar arasında əvvəlki 51 görüşün 16-da meydan sahibləri, 9-da qonaqlar qalib gəliblər. 10 oyunda isə heç-heçə qeydə alınıb. Topların nisbəti də paytaxt təmsilçisinin xeyrinədir - 51:35. "Keşlə" son 3 matçda qalib gəlməyib. "Sumqayıt" isə ardıcıl 7 səfər oyununda qol vurub.
Azərbaycan Premyer Liqası
I tur
14 avqust (şənbə)
18:30. "Sabah" – "Səbail"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena".
20:30. "Keşlə" – "Sumqayıt"
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena".
Qeyd edək ki, tura avqustun 15-də oynanılacaq "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.

İdman       Tarix: 14 avqust 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam.az xeberler cəbhədən son görüntülər azerbaycan son xeber bugun en son xeberleri