Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyyə olunacaq
Bu gün daha 100 azərbaycanlı Rusiyadan təxliyyə olunacaq
Bu gün daha 100 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunacaq.
Bunu Report-a açıqlamasında Dərbənd şəhər dairəsi rəhbərinin azərbaycanlılarla iş üzrə səlahiyyətli nümayəndəsi Qani Panayev bildirib.
"İndi 100 nəfərin Rusiya-Azərbaycan sərhədini keçməsinə hazırlıq görülür. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılacaq. Sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycana qayıdan şəxslərin yaxın bir-iki saat ərzində sərhədi keçəcəkləri gözlənilir.
Xatırladaq ki, Rusiyada müvəqqəti olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.
Sərhəd-keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə onların ölkəyə qayıdışı təmin edilir. Geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdirilirlər.
Məlumat üçün bildirək ki, "Evə gedirəm" portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb