Bu gün yeni vəzifəyə təyin olunan Nigar Rüstəmli kimdir? – DOSYE

Bu gün yeni vəzifəyə təyin olunan Nigar Rüstəmli kimdir? – DOSYEXəbər verdiyimiz kimi, bu gün Nigar Rüstəmli TƏBİB-in Korporativ əməkdaşlıq və tibbi turizm şöbəsinin rəhbəri təyin edilib.
azxeber.com Bizim.Media-ya isitinadən Nigar Zahid qızı Rüstəmlinin dosyesini təqdim edir:
O, 24 noyabr 1989-cu ildə Bakı şəhərində anadan olub.
2007-cı ildə Nəsim rayonu A.Novruzbəyli adına 46 nömrəli Azərbaycan, rus, yəhudi dilli,  ümumtəhsil müəssisəsində orta təhsilini başa vurub.
Məktəbin ictimai həyatında aktiv iştirak edib, bunun nəticəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Almanyanın Berlin şəhərində, daha sonra istisna məktəbli kimi, "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin təşkilatının" avropanın bir çox şəhərlərində, parlamentlərində təşkil olunmuş tədbirində iştirak edib, ölkəmizin təbliğatı, Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edib.
2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə qəbul olub,  2009-cu ildən təhsil müddətimdə "Sağlam Ailə" Tibb Mərkəzində qeydiyyatçı vəzifəsində işə başlayıb. Daha sonra baş həkim köməkçisi, mətbuat katibi, ictimaiyyətlə əlaqələr və marketinq departamenti, müştəri xidmətləri və kommunikasiya departamenti rəhbəri, adminstrativ işlər üzrə direktor müavini, icraçı direktoru və tibb mərkəzləri şəbəkəsində idarə heyətinin üzvü olub.
Nigar Rüstəmli 2012-2015-ci illərdə Ukrayna Regionlararası Heyətin İdarəolunması Prezident Akademiyasının Beynəlxalq siyasi əlaqələr fakültəsində təhsil alıb. Təhsil aldığı müddətdə "Ukrayna Azərbaycanlı Gənclər Birliyinin"nin üzvü, ölkəmizin tarixi, mədəniyyətinin təbliği ilə bağlı bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olub.
Habelə, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən "Ümumukrayna Azərbaycanlılarının Forumu" , " Tibbi Forum", Akademik Zərifə Əliyevanın anadan olmasının 91 illiyi münasibəti ilə Ukraynanın İrpen şəhərində keçirilən və.s  tədbirlərin təşkilatçısı olub.
2019-2021-ci ildə Türkiyə Hacettepe Universitetində "Marketinq" və yan ixtisas "Səhiyyənin İdarəedilməsi" üzrə  magistr təhsilimi davam etdirib.
Səhiyyə sektorunda fəaliyyəti müddətində gənclərin tibbi maariflənməsi, regionlarda  profilaktik müayinə mədəniyyətini, qadın, uşaq sağlamlığı, həssas ailələrlə iş, sağlam həyat tərzini təbliği və müxtəlif istiqamətlərdə layihələr reallaşdırıb.
20 dən çox irimiqyaslı konfransın təşkilatçısı olub. 
Səmərəli fəaliyyətə görə bir çox nominasiya və mükafatlara (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəxri fərmanı, Gənclər və İdman Nazirliyinin fəxri fərmanı, İlin işgüzar qadını, Mətbuatın dostu, Global Woman Awards, CEO Awards və.s) layiq görülüb.
O, fəaliyyət istiqaməti çərçivəsində bir çox beynəlxalq, yerli və dövlət tədbirlərində spiker, moderator kimi iştirak edib. Eyni zamanda  TUMİB - "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin idarə heyəti üzvüdür.
Ailəlidir, bir övladı var.

Sosial       Tarix: 02 may 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri xeberler bu qun ensonxeberler cəbhədən son vəziyyət