"Bu halda Azərbaycan yeni müharibəyə başlayacaq və..." - İLGİNC DETALLAR

Son zamanlar Ermənistanın Baş naziri sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif fikirlər səsləndirsə də, Paşinyanın atdığı addımlar fərqli nəticələr çıxarmağa sövq edir. Belə ki, Paşinyan bir tərəfdən sülhdən danışır, digər yandan isə öz öhdəliklərini yerinə yetirməməklə Azərbaycanı yeni müharibəyə məcbur buraxır. Bu fikirlər erməni politoloqların açıqlamalarında da öz əksini tapır. Belə ki, politoloq Vahe Ovannisyan bildirib ki, Ermənistan noyabrın 9-da imzaladığı sənədi geri götürsə, bu, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquqa çevriləcək. Bəs görəsən, yeni müharibə ehtimalı mövcuddurmu?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanı dövlət olaraq Azərbaycanın yenidən müharibəyə başlayacağı ehtimalı çox qorxudur:
"Ermənilər bunun "COP29″dan sonra baş verəcəyini də bildirirlər. Azərbaycanın sülh müqaviləsinə imza atmamasını da məhz bununla əlaqələndirirlər. Təbii ki, Nikol Paşinyan Azərbaycanın tələblərini yerinə yetirməsə, o zaman Bakı ən azı sülh müqaviləsini imzalamayacaq. Rəsmi Bakı Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırdığını və bununla paralel olaraq sürətlə silahlandığını görsə, o zaman aqressoru sülhə təhrik etməkdən və hərbi əməliyyatlara başlamaqdan başqa yol tapmayacaq. Ermənistan öz atdığı addımlarla Azərbaycanı buna məcbur edir".
Politoloq əlavə edib ki, müharibədə məğlub və qalib tərəf olur:
"Təbii ki, məğlub dövlət qarşı tərəfin tələblərini yerinə yetirməlidir. Amma Qərbə güvənən Ermənistan indiki halda bizimlə bərabər səviyyəli sülh sazişi imzalamağa çalışır. Qərb Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişələrində qalib tərəflərdən bu cür sülh istəmir. Amma Azərbaycana gələndə bunu tələb edir. Bu da rəsmi Bakı üçün qəbuledilməzdir. Məhz Qərb və İrana güvənən Ermənistan belə mövqe tutmağa davam edir. Ancaq bu, İrəvan üçün zərərlidir. Çünki belə halda rəsmi Bakı hərbi əməliyyatlara başlamaq qərarına gələcək".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 11 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər valyuta məzənnələri cəbhədən ən son xəbər qurban bayrami 2026