Bu iddiadan əl çəkməsə, Ermənistanın gələcəyi yoxdur

Bu iddiadan əl çəkməsə, Ermənistanın gələcəyi yoxdurAzərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra regionda çoxdan gözlənilən və dayanıqlı sülh üçün yeni reallıqlar və şərait yarandı. Bu reallıqlardan biri də siyasəti ilə regional layihələrdən təcrid olunmasına səbəb olan Ermənistanın daha çox ehtiyac duyduğu Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması oldu.
2008-ci ildə Türkiyənin ovaxtkı prezidenti Abdulla Gül tərəfindən Ermənistanla bağlı işə salınan "Futbol diplomatiyası" ona gətirib çıxardı ki, bir ildən sonra Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması məqasədilə ilk "addım" atıldı.
Məlum olduğu kimi, bu gün Türkiyənin müxalifət partiyalarından birinə rəhbərlik edən Türkiyənin ozamankı xarici işlər naziri Əhməd Davudoğlu ilə Edvard Nalbandyan Sürixdə iki protokol imzalamışdılar. İmzalanma mərasimində ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransa və Rusiya xarici işlər nazirləri Bernar Kuşner və Sergey Lavrov da iştirak etmişdilər.
O zaman bəzi Türkiyə KİV-ləri baş verənlərin mahiyyətini anlamadan və dərk etmədən yazırdılar: "Bu hadisə yeni Türkiyənin tarixində ən əlamətdar hadisələrdən biridir". Bu KİV-lər protokolların imzalanmasının mənasızlığını başa düşmürdü, belə ki, Ermənistan 1915-ci il hadisələri ilə bağlı əsas prinsipindən heç vaxt imtina etməyəcək.
Həmin dövrdə Ermənistan hakimiyyəti hesab edirdi ki, Azərbaycan ərazilərinin işğalından sonra Ermənistan regionda real gücə çevrilib və Türkiyə İrəvanla danışıqlara gedərək onu bu cür tanıyacaq. İrəvanda fikirləşirdilər ki, futbol matçındakı məğlubiyyətə baxmayaraq, danışıqlar masası arxasında Ermənistanın qələbəsi təmin olunub.
Bu gün unutmaq lazım deyil ki, o zaman Sürixdə protokolların imzalanmasına yalnız Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi olaraq qarşı çıxmışdı, o, gözəl başa düşürdü ki, Azərbaycan torpaqları işğaldan azad olunmayanadək və dünya erməniləri 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməyənədək, münasibətləri normallaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur. O, tamamilə haqlı idi.
Bu gün Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına əsas maneə təbii ki, ermənilərin əsassız olaraq "soyqırımı" adlandırdıqları 1915-ci il hadisələri olaraq qalır. Halbuki, Türkiyə dəfələrlə bu hadisələri araşdırmaq üçün müstəqil komissiya yaradılmasını təklif edib. Amma Ermənistan hakimiyyəti "üzrlü səbəblərdən" hələ də Türkiyənin bu müraciətinə cavab verməyib. Siyasi elita üçün bu "üzrlü səbəb" onunla ifadə olunur ki, qondarma "soyqırımı" iddialarından imtina olunacağı təqdirdə, erməni lobbisi bir daha Ermənistana sponsorluq etməyəcək, bu da onun iqtisadiyyatının iflasına gətirib çıxaracaq.
İrəvandakı hakimiyyət bunu yaxşı başa düşür, amma bu faktı qəbul etmirlər ki, Ermənistanın inkişafı daha çox özündən asılıdır.
İrəvanın siyasi elitası hələ də öz xalqından gizlədir ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadan və 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkmədən, Ermənistan inkişaf etmək əvəzinə daha da yoxsulluğa düçar olacaq və əmək miqrantlarının ixracı üzrə yeni rekordlar qıracaq. /konkret.az

Siyasi       Tarix: 24 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi ən son xəbərlər bugün xeberler xəbərlər.com