Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?

Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?Bu il Günəş və Ay tutulması nə vaxt olacaq?
2021-ci ildə planetimizin sakinləri Ayın tam tutulmasını, bir neçə meteorid axınını və Günəş sistemi planetlərini müşahidə edə biləcəklər.
Bu barədə "İnterfaks"a Rusiya Elmlər Akademiyasının Pulkovsk rəsədxanasından məlumat verilib.
Məlumata əsasən, Ayın tam tutulması mayın 26-da baş verəcək və 3 saat 8 dəqiqə davam edəcək. Maksimal faza Bakı vaxtilə saat 15:19-da müşahidə olunacaq.
"Ay tutulması günorta saatlarında baş verdiyindən onu yalnız Uzaq Şərq sakinləri görə biləcəklər. Həmin vaxt orada hava qaralacaq", - deyə rəsədxanadan bildirilib.
İkinci Ay tutulması noyabrın 19-na təsadüf edəcək. Onun maksimal fazası Bakı vaxtilə saat 13:04-də olacaq. Hadisəni yalnız Şimali Amerika, Çukotka və Kamçatka ərazilərindən görmək mümkün olacaq.
İyunun 10-da Günəşin halqavarı tutulması baş verəcək. Rusiya və MDB ölkələri, həmçinin Kanada, Qrenlandiya sakinləri bu təbiət hadisəsinin müxtəlif fazalarını izləyə biləcəklər.
Həmçinin 2021-ci ildə 22 aprel, 6 may, 12 avqust, 8 oktyabr, 21 oktyabr, 17 noyabr və 14 dekabr tarixlərində Yer əhalisi meteorit axınlarını müşahidə edəcək.
Bununla yanaşı, may ayında səhər, oktyabr ayında isə axşam saatlarında Merkuri, avqust ayında Yupiter və Saturn, ilin ilk yarısında Mars, ikinci yarısında isə Venera planetlərini görmək mümkün olacaq. /oxu.az

Maraqlı       Tarix: 27 yanvar 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən canlı xeberler azerbaycan cəbhədən son xeber qurban bayrami 2026