Bu il hansı banklar bağlana bilər? - İki bankda vəziyyət pisdir

Bu il hansı banklar bağlana bilər? - İki bankda vəziyyət pisdirMəlum olduğu kimi, son illər Azərbaycanda bağalanan bankların sayı artıb.
KONKRET.az xəbər verir ki, son 3 ildə 7 bankın lisenziyası ləğv olunub.
Yola saldığımız 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – "Günay Bank" ASC və "Muğanbank" ASC bağlanıb.
Bəs görəsən, 2024-cü ildə hansı bankları bağlanma təhlükəsiz gözləyir?
Bankların 2023-cü il üçün açıqladığı maliyyə hesabatlarına baxdığımız zaman belə görünür ki, hazırda bağlanma təhlükəsiylə qarşı-qarşıya qalan əsas bank "Bank BTB" hesab olunur.
"Bank BTB" yeganə bankdır ki, son 4 ilin 3-nü zərərlə başa vurub. Bundan başqa, 2023-cü ildə "Bank BTB"də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon 491 manat və ya 2022-ci illə müqayisədə 39% azalıb.
Bəzi maliyyə göstəriciləri pisləşən banklardan biri də, "Premium Bank" ASC-dir. "Premium Bank" ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il "Premium Bank" ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb.
Onu da bildirək ki, adları çəkilən hər iki bank sabiq yüksək rütbəli məmurların ailə üzvlərinə məxsusdur.
"Bank BTB" ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur. "Bank BTB"nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.
"Premium Bank"ın əsas səhmdarı isə AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.Yeniavaz.com

Sosial       Tarix: 16 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbər son xeberler bugun 2026 canli cəbhədən son durum krminal bu gun