Bu il Laçında şəhid olan Elşad Həsənovun övladı dünyaya gəldi - FOTO
Bu il Laçında şəhid olan Elşad Həsənovun övladı dünyaya gəlib.
Bu barədə "YAŞAT" Fondu məlumat yayıb.
Qeyd olunub ki, bu ilin aprel ayının 11-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Elşad Həsənovun Bakı şəhərində doğulan övladı Əzizin zəruri xərcləri fond tərəfindən qarşılanıb.
Bu məqsədlə 1000 manat vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Əzizin adına isə depozit hesabı açılacaq və 5000 manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Xatırladaq ki, "YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir. Layihə indiyədək 107 şəhid övladını əhatə edib.


/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"