Bu il xalis mənfəətimizi minimum 20% artırmağı planlaşdırırıq

Bu il xalis mənfəətimizi minimum 20% artırmağı planlaşdırırıqazxeber.com "Yelo Bank"ın İdarə Heyəti sədrinin müavini Emil Duşdurovla olan müsahibəni təqdim edir:
- Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?
- İlk öncə müsahibə üçün təşəkkür edirəm. Ötən ili həm Yelo Bank, həm də bütövlükdə Azərbaycanın maliyyə sektoru üçün əhəmiyyətli irəliləyişlər və bəzi nəhəng çağırışlarla yaddaqalan bir il kimi dəyərləndirirəm. Əgər rəqəmlərə nəzər yetirsək, ötən il bank sektorunda ümumi kredit portfeli də daxil olmaqla, əhəmiyyətli inkişafa şahid olduq. Əvvəlki ilin müvafiq dövrünə nəzərən bankların ümumi kredit portfeli 18% artıb. Ümumiyyətlə, 2023-cü il Yelo Bank üçün hədəfləri artıqlaması ilə yerinə yetirdiyimiz, mənfəətimizdə sabit artıma nail olduğumuz və bazar mövqeyimizi gücləndirdiyimiz bir il oldu.
- Cari ilin birinci rübünü mənfəətlə tamamlamısınız. Digər maliyyə göstəricilərinizdə vəziyyət necədir və il sonuna doğru hansı rəqəmlərə çatmağı hədəfləmisiniz?
- Qeyd etdiyiniz kimi, ilk rübü 14 milyon manata yaxın mənfəətlə başa vurduq. Bu, keçən ilin müvafiq rübündən və proqnozlaşdırılan rəqəmlərdən daha artıqdır. O ki qaldı, hədəflərimizə, bu ilin sonuna kimi ötən ildəkindən min. 20% daha çox mənfəət əldə etməyi planlayırıq. Digər əsas maliyyə göstəricilərimizdə də uğurlu artımlar çoxdur. Ümumi kredit portfelimiz 803 milyon manata çatır, daha çox real sektoru maliyyələşdirmək hesabına biznes kredit portfelimiz də yarım milyard manatı keçib. İlin sonuna ümumi kredit portfelinin 20%-dək artacağını gözləyirik. Kiçik və orta biznesin kreditləşmə həcminin 15%-dən çox, mikrokredit portfelinin isə 25%-dən çox artmasını gözləyirik. Kredit verilişlərinin keçən illə müqayisədə 8% artacağını proqnozlaşdırırıq, bunun da 23%-i mikrokredit portfelinə düşür. Fürsət düşmüşkən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Diqqətli izləyicilərimizin, jurnalistlərin və iqtisadçıların gözündən qaçmış olmaz, depozit portfelimizdə ilin sonu ilə müqayisədə bir qədər fərq yaranıb. Bu fərq bizim üçün gözlənilən idi, çünki bir neçə müştərimiz qısamüddətli məqsədləri üçün əmanət hesabları açmışdı. Maliyyə sferasında, xüsusən də böyük müştərilərlə işləyən banklarda müvəqqəti dövrlər üçün yaradılmış əmanətləri idarə etmək adi haldır. Uzun sözün qısası, bu hal ümumi maliyyə sabitliyimizə, müştərilərimizə və xidmət keyfiyyətimizə heç bir təsiri olmayacaq. Eyni zamanda, biz xərcləmələrimizə də nəzarət etməyi planlayaraq daha adekvat xərc-gəlir əmsalına çatmağı düşünürük.
- Bankın maliyyə ilinə mənfəətlə başlamasına töhfə verən amillər hansılardır?
- Qısa şərh etsəm, düzgün hazırlanmış strategiya, peşəkar komanda, müştəriyönümlü yanaşma, texnolji trendlərin tətbiqi deyərdim. Biznes modelimizin mərkəzində müştəri məmnuniyyəti və çeviklik durur. Nəticədə hər yeni xidmət və məhsulumuza çoxsaylı müştəri marağı yaranır. Əlbəttə ki, innovasiyasız bu, mümkün olmazdı. Bank əməliyyatlarını sadələşdirmək və xidmətləri təkmilləşdirmək üçün texnoloji həllərə böyük sərmayelər yatırırıq. Bu texnoloji üstünlüklər xərclərimizin optimallaşdırılmasına və gəlirliliyimizin artmasına təsirsiz ötüşmür. Güclü risk dəyərləndirməsi və davamlı monitorinq sistemlərini tətbiq etməklə, biz xərcləri minimuma endirməyə çalışırıq. Bu kompleks yanaşma ilə Bankımız son 5 ildə sağlam təməllər üzərində böyüyüb və bazar payını artırıb.
- Cari ildə həm biznes, həm də pərakəndə bankçılıq üzrə Yelo Bank-dan hansı yenilikləri gözləyək?
- Bu gün Yelo Bank maliyyə bazarında rəqəmsal həll və xidmətlərlə müştərilərin rəğbətini qazanmış bank kimi tanınır. Buna sübut olaraq mobil tətbiqimizin ən müştəriyönümlü və rahat tətbiq kimi mükafatlar almasını, həmçinin regionlarda fəaliyyətə başlamış tam rəqəmsal filiallarımızı göstərə bilərik.
Əvvəli strateji dövrümüzdə datanın müasir maliyyə mənzərəsində oynadığı rolu qabaqcadan dərk etmişdik. Bu səbəbdən datayönümlü həllərin sağlam təməlini qabaqcadan qoymuşuq. Bu dövrdə başlatdığımız "Datanın təmizlənməsi" layihəsini artıq sürətlə yekunlaşdırmağa doğru gedirik. 2024-2026-cı illər üçün olan strateji planımızda da daha çox datayönümlü və texnoloji yeniliklərə üstünlük verməyə davam edəcəyik. Ümumiyyətlə data mərkəzli yanaşma bizə əməliyyatların səmərəliliyini artırmağa, xidmətlərimizi müştərilərimizin ehtiyaclarına uyğunlaşdırmağa, bazar tendensiyalarını effektiv proqnozlaşdırmağa imkan verir. Onu da vurğulayım ki, həm pərakəndə, həm də mikrobiznes kreditlərinin verilməsi müştərilərin datalarına əsaslanan "Risk Scoring Model" üzərindən aparılır. Prosesin daha da təkmilləşdirilməsi, qərarların dəqiqliyinin və müştəri məmnuniyyətinin artırılması məqsədilə bu model davamlı şəkildə inkişaf etdirilir. Ayrıca növbəti 3 illik strateji dövrdə biz Süni İntellekti də xidmətlərimizə tətbiq edəcəyik. Rəqəmsal transformasiyanın sürətlə inkişaf etdiyi bazarda ən son yenilikləri tətbiq etmədən rəqabət aparmaq çox çətin, hətta mən deyərdim ki, mümkünsüzdür. Sİ-in tətbiqi bu rəqabətdəki ən güclü silahlardan biridir. Müştərilərin istəklərini, tələblərini anında başa düşmək və onları məmnun edəcək şəkildə xidmət göstərmək insan resursları ilə bəzən mümkün olmur. Çünki həm müraciətlər müştəri bazası ilə birgə dayanmadan artır, həm də artıq istəklər də rəqəmsallaşır. Düşünürəm ki, bu strateji dövr ərzində Yelo Bank olaraq bazara və müştərilərə təqdim edəcəyimiz rəqəmsal həllər innovativ bank mövqeyimizi daha da möhkəmləndirəcək.
- Bank sektorunda rəqəmsal transformasiya davam edir. Yelo Bank bu dəyişikliklərə necə uyğunlaşır və hansı rəqəmsal təşəbbüslərə hazırdır?
- Rəqəmsal innovasiyalar strategiyamızın ayrılmaz hissələrindən biridir. Biz müştərilərimizin dəyərli zamanlarına qənaət etdirəcək bir neçə rəqəmsal həllər üzərində aktiv işləyirik. Hazırda İnternet Bankçılıq xidmətimiz yenilənir və əvvəlkindən daha rahat, daha sadə və daha funksional olmağı hədəfləyir. Bundan əlavə, mobil tətbiqimizdə onlayn depozit hesabı açmaq mümkün olacaq. Bu xidmət müştərilərimizə əmanətləri uzaqdan yaratmaq və idarə etmək rahatlığı təmin edəcək. Üfüqdə görünən digər yeniliyimiz isə rəqəmsal kart olacaq. Fiziki bank kartlarının bu virtual analoqu sayəsində müştəri bir klikləmə ilə bank kartına sahib olacaq və onun vasitəsilə onlayn ödənişləri sürətli həyata keçirə biləcək. Bütün bu həllərin fonunda müştərilərimizin marağına səbəb olacaq alternativ maliyyə alətləri üzərində də işləyirik. Adını çəkdiyim və çəkmədiyim bütün yeniliklərimiz müştərilərimizin bank təcrübələrini müsbətə dəyişəcək.
- Hazırda ölkəmizin bank sektoru olduqca rəqabətlidir. Yelo Bank özünü rəqiblərdən necə fərqləndirir?
- Maliyyə sektorunun bu qədər canlı və rəqabətli olması bizi yalnız sevindirir. Çünki rəqabətli mühitdə bütün banklar daha da inkişaf etməyin yollarını axtarır, güclü tərəflərini daha da gücləndirir, yeni məhsullar yaradır və fərqlənmək üçün alternativ yollar axtarır. Düşünürəm ki, bu çağırışlar bazarı sürətlə irəli aparır, banklararası rəqabətdən isə müştərilər qazanır.
Yelo Bank olaraq dəyərlərimizdə yer alan "Öncə müştəri" şüarını əsas götürərək maliyyə dünyasında baş verən yenilikləri istifadəçilərimiz üçün ən qısa zamanda əlçatan etməyə can atırıq. Deyə bilərəm ki, sürətli olmağımız, əlçatanlığımız və sadə həll yolları təklif etməyimiz bizi fərqləndirən əsas xüsusiyyətlərdir.
- Emil bəy, hər bir bank müştərilərinə özünəməxsus təkliflər edir. Müştərilər niyə "Yelo Bank"ı seçməlidir?
- Yaxşı sualdır. Əslində Yelo Bank-ın müştərisi olmaq üçün səbəblər çoxdur, amma çalışacam obyektiv olum. Şəxsən bank müştərisi kimi mənim özümün də diqqət etdiyim 3 əsas məqam var ki, Yelo Bank bunları əsas götürür:
1. Müştəriyönümlülük: Yeni məhsul hazırlamaq üçün fikirlər çoxdur, lakin bunların hamısı müştəriyönümlüdürmü? Yelo Bankda hər bir yenilik və xidmət müştərinin ehtiyacları nəzərə alınmaqla hazırlanır. Bir çox xidmətlərimizin hazırlanma prosesində müştəri rəylərinə müraciət edir, hətta məhsul hazır olduqdan sonra belə dəyişikliklər həyata keçiririk.
2. Təhlükəsizlik və güvən: Bizcə, bu məqam, hətta ən vacibidir. Müştərilərimizə fərdi yanaşma göstərməyi sevirik. Xidmətlərimiz yüksək təhlükəsizlik standartlarına uyğun hazırlanır. Lakin, hamı kimi biz də hansısa texniki çətinliklərdən sığortalanmamışıq. Əsas olan bu zaman müştəri ilə necə davranılmasıdır. Biz fors-major hallarda çalışırıq ki, müştərilərimizi çətin vəziyyətdə qoymayaq, ona çevik və hərtərəfli dəstək göstərək. Bu yanaşma sayəsində müştərilərimizdə loyallıq yarada bilmişik. Təkrar müştəriləmiz üstünlük təşkil edir, çünki onlar Yelo brendinə güvənirlər.
3. Yeniliklərə çevik uyğunlaşma: Texnoloji trendlər daim dəyişir. Hətta bəzi yeniliklər bazarda çox qalmadan artıq tarixə qovuşur. Yelo Bank bu trendləri diqqətlə izləyir, davamlı və müştəriyə həqiqətən faydalı olanları tətbiq etməyə çalışır. Bu səbəbdən bizim bazara gətirdiyimiz yeniliklər və ya inteqrasiya etdiyimiz innovativ həllər davamlı olmaqla yanaşı daim inkişaf edir.

İqtisadiyyat       Tarix: 23 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun valyuta mezennesi 2026 xabarlar valyuta mezennesi banklar