"Bu, körpələrin qətlidir, qarşısı dərhal alınmasa..." - Abortların artımına SƏRT REAKSİYA

2024-cü ilin yanvar-iyun aylarında icbari tibbi sığorta hesabına 42 039 abort edilib. Həmin müddətdə olan abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Ödənişli əsaslarla həyata keçirilən abortların yuxarıdakı statistikaya daxil edilmədiyini nəzərə alsaq, real durum daha acıqnacaqlı olduğu bəlli olar.
2021-ci ildən günümüzə qədər olan statistikanın müqayisəli təhlili də abortların sayında artımın olduğunu təsdiqləyir. 2022 ci ildə 57 999, 2023 cü ildə isə 73 816 abort olub.
Bəs abortların artmasının səbəbi nədir, bunun qarşısını necə almaq olar?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan sosioloq Elçin Bayramlı mövcud göstəricini SOS siqnalı adlandırıb:
"Bir neçə il əvvələ nisbətən abort sayında 2 dəfə artım olub ki, bu da qorxunc və faciəvi bir vəziyyətin yetişdiyini göstərir. Hələ bu rəsmi qeydiyyata alınan halların statistik göstəriciləridir. Real rəqəmin dəfələrlə çox olduğunu güman edirəm. Abortlar faktiki olaraq qətl hadisəsidir. Bu, hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror, ananın sağlamlığının məhv edilməsi deməkdir. Abortlar cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir. Yəni, abort ən qorxunc və ən dəhşətli bəladır. Xüsusən də, selektiv abortlar daha təhlükəlidir, hansı ki biz bu sahədə dünyada ilk yerlədən birini tuturuq. Səbəblərə gəldikdə, burada sosial durumla yanaşı, mənəvi psixoloji problemlər də mühüm roy oynayır. Hesab edirəm ki, abortların əhəmiyyətli hissəsi elə mənəvi naqisliklərin səbəb olduğu abortlardır. Bu isə cəmiyyətin əxlaqi dəyərlərinin getdikcə daha çox deqradasiya olduğunu göstərir".
Onun sözlərinə görə, ana bətnindəki körpələrin abort edilərək öldürülməsinin heç bir bəraəti ola bilməz:
"Abort yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi halda mümkün sayıla bilər. Müşahidələrə görə, abortların yalnız 1-2 faizi son məcburiyyət halında edilir. Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun ürək döyüntüləri 18 gündən sonra başlayır, 40 gün sonra impulsların beyinə getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır. Yəni söhbət tam bir insandan gedir. Yəni, ana bətnindəki uşağı öldürməklə küçədəki hansısa şəxsi öldürmək arasında heç bir fərq yoxdur".
Sosioloq qeyd edib ki, qanunlar hər hansı bir qətlə ağır cəzalar verdiyi halda, körpələrin ana bətnindəki aşkar qətlinə susqunluq nümayiş etdirir:
"Ölkədə cinayət məsuliyyəti olmadığından doğulmamış körpələr öldürülür. Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hətta, bəzi Avropa ölkələrində abort etmək qadağandır və abort edən şəxs sərt şəkildə cəzalandırılır".
Elçin Bayramlı Azərbaycanda könüllü aborta görə, cinayət məsuliyyətinin olmadığını vurğulayıb:
"Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə islah-əmək koloniyalarında cəza nəzərdə tutulub. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur. Faktiki olaraq, abort birbaşa qətl hadisəsidir, insan öldürməyə görə verilən cəzalar burada da tətbiq edilməlidir. Uşaq qatilləri ciddi cəzalandırılmalıdır, burada iştirak edən həkim də, ailə üzvləri də cəzadan kənarda qalmamalıdır".
Sosioloq abortların gələcəkdə ağır fəsadlara yol açacağını vurğulayıb:
"Geniş planda baxıldıqda abortlarla bağlı durum milli təhlükəsizlik məsələsidir. Bu proses gələcəkdə ağır fəsadlar verəcək. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməli, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır. Bu sahəyə çox ciddi nəzarət olunmalı və çox sərt cəzalar tətbiq edilməlidir".
Xatırladaq ki, "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatına görə, keçən il doğulan 112 min 620 körpənin 59 814-ü oğlan, 52 806-sı qızdır. Hesabata görə, cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
2022-ci il Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, Azərbaycanda 100 qıza 112 oğlan düşürdü. 2021-ci ildə isə bu rəqəm 100/116 nisbətində olub. Bioloji göstəricilərə görə, hər 100 qıza 102 oğlan düşməsi normal göstəricidir
Ötən il BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 2 ildir ardıcıl selektiv abortlara görə, dünyada birinci yeri tutur.
Aygün Mirakif
KONKRET.az

Sağlamlıq       Tarix: 24 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 xeber son xeberler az en son xeber