"Bu nə geyimdir kənddə geyinmisiniz?" sözünə görə bıçaqlanma
rayonunun Dəstə kəndində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə müttəhim kürsüsündə 2006-cı il təvəllüdlü Namiq Zeynalov (ad-soyad şərtidir) əyləşib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, bıçaqlanmaya səbəb Vüqar Quliyevin (ad-soyad şərtidir) onun geyiminə lağ etməsi olub.
Ətraflı
"Kənddə məktəbə tərəf gedəndə bizə söz atdı. Dedi ki, "Bu nə geyimdir geyinmisiniz? Banditə oxşayırsınız. Fikir vermədən yola davam etdik. Amma arxamızca gəlib yenə eyni sözləri təkrarladı. "Vorzakon" kimi, bandit kimi geyinmisiniz, lap adam vuranlara oxşayırsınız. Bu nə geyimdir kənddə geyinmisiniz?" dedi". – 18 yaşlı təqsirləndirilən şəxs bildirib.
Bundan sonra tərəflər arasında ciddi mübahisə yaşanıb və nəticədə yeniyetmə Vüqar Zeynalovu bıçaqlayıb.
Zərərçəkmiş şəxs isə müalicəsinin xərclərinin qarşılandığını, qarşı tərəfdən şikayətçi olmadığını bildirib.
Məhkəmənin hökmünə əsasən Namiq Zeynalov üç il müddətinə azadlıqdan məhrum edilib. Cinayət törədərkən yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin edilmiş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilib və ona bir il altı ay sınaq müddəti müəyyən edilib. / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat
Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz
"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - FOTOLAR