Bu ölkə 6 rus diplomatını "persona non-qrata" elan etdi
Şimali Makedoniya Xarici İşlər Nazirliyi 6 rus diplomatını "persona non-qrata" elan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Açıqlamada Rusiya Federasiyasının Skopyedəki səfiri Sergey Bazdnikinin nazirliyə çağırıldığı və 6 diplomatın "persona non-qrata" elan edildiyinə dair diplomatik nota verildiyi vurğulanıb.
Bildirilib ki, adıçəkilən şəxslər diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olublar.
Nazirlik rusiyalı diplomatların 5 gün ərzində ölkəni tərk etməli olduğu bildirib.
Qeyd edək ki, keçən ay da Şimali Makedoniya beş rus diplomatını "diplomatik münasibətlər haqqında Vyana Konvensiyası"na zidd hərəkət etdiklərini əsas gətirərək "persona non-qrata" elan edib.
İqbal Rzayev,
KONKRET.az

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq