Bu ölkə uşaqların sosial şəbəkələrdə qeydiyyatını qadağan edəcək
İndoneziya martın 28-dən etibarən 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsinə qadağa tətbiq etməyə başlayacaq.
Bu barədə Tempo portalı ölkənin Rabitə və Rəqəmsal Texnologiyalar naziri Mutiya Hafidə istinadən məlumat yayıb.
"Bu qərarla hökumət 16 yaşdan kiçik uşaqlara yüksək riskli rəqəmsal platformalara, o cümlədən sosial şəbəkələrə və mesajlaşma xidmətlərinə çıxışının təmin olunmasını dayandırır", – portal nazirin sözlərini sitat gətirir.
O vurğulayıb ki, bu addım uşaqları internetdəki təhlükələrdən, o cümlədən pornoqrafiyaya çıxışdan, kiberzorakılıqdan, dələduzluqdan və rəqəmsal asılılıqdan qorumaq məqsədi daşıyır. Yeni siyasət 28 mart 2026-cı ildə qüvvəyə minəcək.
İlkin mərhələdə YouTube, TikTok, X, Bigo Live, Roblox, həmçinin Facebook, Instagram və Threads kimi platformalarda 16 yaşdan kiçik uşaqlara məxsus hesablar mərhələli şəkildə deaktiv ediləcək. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rafet El Romandan etiraf: "Botoksun dozasını aşdım
Azərbaycan XİN Qabonu təbrik etdi
Tramp İranı ağ bayraq qaldırmağa çağırdı
Messidən 12 il sonra təkrarlanan antirekord
Meyxana deməsinə etiraz edən şəxsi bıçaqladı – 6 il 6 ay HƏBS CƏZASI
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
İlham Əliyev Yuşenko ilə görüşdü
Tramp Kim Çen Ina görə Cənubi Koreya ilə hərbi təlimləri ixtisar etdi - FOTO
Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı
Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
Abdullah Zubir "Qarabağ"dan niyə "urvatsız" yola salındı?
Rodri "Real"a yox, bu kluba transfer olundu: "Çempionlar Liqasını qazanmağa gedirik"
Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?