Bu ölkədə 18 yaşına çatmamış şəxslərə enerji içkiləri SATILMAYACAQ
Rusiya Federasiyasının Nazirlər Kabineti Dövlət Duması ilə birlikdə 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satışını qadağan edən qanun hazırlayır.
KONKRET.azxəbər verir ki, bu barədə təşəbbüsün müəlliflərindən biri, parlamentin təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Sultan Həmzəyev "RİA Novosti"yə müsahibəsində deyib.
Bildirilib ki, Baş nazirin müavini Tatyana Qolikova əvvəllər Səhiyyə Nazirliyinə müvafiq qadağanı işləyib hazırlamağı tapşırıb.
Deputat vurğulayıb ki, yeni qanunda energetik içkilərin uşaqlara satışına görə satıcı və sahibkarların məsuliyyəti göstərilməlidir.
O həmçinin xatırladıb ki, qadağa Rusiyanın bəzi regionlarında, Tatarıstanda, Xantı–Mansiysk Muxtar Dairəsində, Novosibirskdə artıq qüvvədədir.
Onun sözlərinə görə, bu içkilərin tərkibindəki kofein, taurin və quarana orqanizmə böyük zərər verir. Nəticədə uşaqlarda ürək-damar xəstəlikləri, həmçinin sinir sistemində problemlər yaranır.
Qeyd edək ki, daha əvvəl alimlər energetik içkilərin ölüm təhlükəsi barədə xəbərdarlıq edib. Bu içkilər spirtlə qarışdırıldıqda xüsusilə zərərlidir.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
"Oyun bir qədər çirkin alındı" - Dambrauskas
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır