Bu ölkələrin erməni hərbi cinayətkarlarını cəzalandıracağını gözləmək əbəsdir - Rusiyalı ekspert
"Rusiyanın ekspert icması erməni lobbiçilərinin dezinformasiyalarına uymur və Azərbaycanın erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı ədalətli tələbini dəstəkləyir".
KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
Rusiyalı ekspert Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə qarşı mübarizə üsulları təklif edib:
"Son 30 ildə Azərbaycana qarşı cinayət törədənlər cəzalandırılmalıdır. Hesab edirəm ki, BMT-nin 4 dilində ağ kitab nəşr olunmalıdır. Hərbi cinayətkarların və əmr verənlərin hamısının siyahısı tərtib edilməli, tribunalın yaradılması üçün müvafiq hüquqi strukturlara müraciətlər edilməlidir. Erməni hərbi cinayətkarların sonradan İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi məqsədilə müvafiq hökmlərin çıxarılması və müvafiq sübut bazasının təqdim edilməsi ilə istintaq tədbirlərinə başlamaq lazımdır".
"Azərbaycan başa düşməlidir ki, təkcə Ermənistan hakimiyyəti deyil, həm də bu rejiminin himayədarları istintaqa müdaxilə edəcək. Dünya birliyi ikiüzlüdür və yalnız bu və ya digər güc mərkəzinə faydalı olan məsələləri səsləndirir. ABŞ və Fransadan kiminsə erməni hərbi cinayətkarların əməllərinə görə cəzalandırılmasını tələb edəcəyini gözləmək əbəsdir. Biz onlardan belə tələblər eşitməyəcəyik", – İ.Korotçenko bildirib./Report

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü