Bu ölkəyə gedənlər 2 min avro cərimələnə bilərlər
Latviya ərazisinə daxil olarkən COVID-19-a nəzarət sistemində qeydiyyatdan keçməkdən imtinaya görə 2000 avroya qədər cərimə tətbiq oluna bilər
Publika.az ölkə mətbuatına istinadla xəbər verir ki, Latviya Seymi ikinci, yekun oxunuşda COVID-19 pandemiyasının yayılması ilə mübarizə haqqında qanuna düzəlişləri qəbul edib.
Bildirilib ki, bu düzəlişlər yeni məlumat sisteminin özünütəcrid rejiminə və karantin qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirməsini nəzərdə tutur.
Bu məlumat sistemi həm Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzə epidemioloji araşdırmalar aparmaqda, həm də polisə karantin və ya özünütəcrid rejimi qaydalarına əməl etməli olan şəxslərə nəzarət etmək üçün yardımçı olmalıdır.
"Delfi" xəbərlər portalının daha öncə məlumat verdiyi kimi, COVID-19-un daha geniş yayıldığı ölkələrdən Latviyaya daxil olan hər bir kəs covidpass.lv saytında elektron sistemdə anket doldurmaq məcburiyyətindədir. O, anketdə on günlük özünütəcrid rejimi qaydalarına əməl edəcəyinə dair söz verməlidir. Bu öhdəliyin yerinə yetirilməməsi təqdirində, 1 min -2 min avro arasında cərimənin tətbiq olunması nəzərdə tutulur.
Yeni qayda oktyabrın 12-də qüvvəyə minməlidir.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA