"Bu parkda ağaclar quruyur, məhv olur" - Ekologiya və Təbii Sərvətlər Nazirliyi tədbir görmür? - FOTO

"Bura Zərifə Əliyeva adına parkdakı zeytunluqdur. Bakıda ən yaxşı baxılan parklardan biridir. Parkın əsas hissəsi zeytun ağaclarından ibarətdir. 2 ildir zeytun bağında ağacların arasında gəzinti və velosiped zolaqları salınıb, yollar işıqlandırılıb. Mən də hər axşam burada yeriyirəm".
azxeber.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədr müavini, tanınmış jurnalist Səadət Məmmədova sosial media hesabında yazıb.
O, parkda ağacların məhv olduğunu deyib: 
"Parkda gəzəndə sakinlərdən eşitmişdim ki, yuxarı hissədə ağaclar quruyur, məhv olur, əvvəllər o hissədən bol zeytun yığırdıq, indi bar da vermir. Mən parkın içində gəzəndə bunu aydın görə bilmirdim.
Nəhayət, bu gün evdə olduğum üçün gün işığında diqqətlə baxdım və gördüm ki, bağın bir hissəsində fərqli rəngdə zolaq görünür. Əvvəllər də ötəri gözümə dəymişdi, elə bilmişdim ki, günəşin düşmə bucağına və saatına görə yaranan rəng fərqidir. Amma qonşuların sözündən sonra anladım ki, bu elə bağın quruyan hissəsidir. 
Yuxarı istiqamətdə, məscidə yaxın tərəfdə bağın əhəmiyyətli hissəsində quruma gedir. Ağaclara xəstəlik düşüb, susuzluqdan quruyur ya hansı səbəbdəndirsə, müvafiq qurumlar buna biganə qalmamalıdır.
O bildirib ki, yaşıllıqları qorumaq müvafiq qurumların borcu olmalıdır: 
Dənizin də suyunun kəskin azaldığı bir dönəmdə yaşıllıqları, hər bir ağacı, kolu qorumalıyıq. Şəhərimizin bu yaşıllğa, oksigenə ehtiyacı var. 
"Yaşıl dünya naminə həmrəylik" ilində, həm də COP-29 kimi dünya iqlimi üçün tarixi əhəmiyyəti olan bir tədbirə ev sahibliyi edən dövlətimizin ərazisində təbiətə sevgi və qayğı ilə yanaşmaq borcumuzdur. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti, Bakı şəhər Yaşıllaşdırma İdarəsi və bütün digər əlaqədar qurumları təcili tədbirlər görməyə çağırıram ki, akademik Zərifə Əliyeva adına parka aid olan zeytunluq məhv olmasın! Ağacları qoruyaq!".

Sosial       Tarix: 14 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 futbol xeberleri cəbhədən görüntüleri en sonxeber