Bu qadınlar ölüm riski ilə üz-üzə - Nə etməli?

Bu qadınlar ölüm riski ilə üz-üzə - Nə etməli?Azərbaycanda ana ölümlərinin statistikası son illərdə narahatlıq doğurur.
KONKRET.az xəbər verir ki, 2023-cü ildə hər 1000 diri doğulan uşaqdan 29,3-ü ana ölümü ilə nəticələnib. Bu rəqəm, əvvəlki il olan 14,7 ilə müqayisədə iki dəfə artaraq son 16 ilin ən yüksək göstəricisi olmuşdur. Ana ölümlərinə əsas səbəblər arasında ekstragenital patologiyalar (məsələn, ürək-damar problemləri, diabet, hipertenziv vəziyyətlər), qanaxma, infeksiyalar, və abort nəticəsində yaranan ağırlaşmalar yer alır. Ölümlər əsasən doğuşdan sonra dövründə qeydə alınır.
Hamilə qadınlarda ölüm riski bəzi ciddi tibbi vəziyyətlər və komplikasiyalar zamanı arta bilər. Bu vəziyyətlər həm ananın, həm də körpənin həyatı üçün təhlükəli ola bilər.
Aşağıda hamiləlik zamanı qadının ölüm riski daşıdığı əsas hallar göstərilib:
Preeklampsi: Yüksək qan təzyiqi, zülal itirilməsi (sidikdə zülalın olması) və bədənin şişməsi ilə müşahidə olunan ciddi bir vəziyyətdir. Müalicə edilmədikdə eklampsi inkişaf edə bilər, bu da qıcolmalar və beyin zədələnməsi riskini artırır. Təxirə salınmış müalicə həm ananın, həm də körpənin həyatı üçün ölümcül ola bilər.
Plasentanın vaxtından əvvəl ayrılması (abruptio placentae): Plasenta uşaqlıq divarından vaxtından əvvəl ayrıldıqda ağır qanaxma yaranır ki, bu da ana üçün həyati təhlükə yaradır.
Plasenta previa: Plasenta uşaqlıq ağzını tamamilə bağladıqda qanaxma riski artır.
Doğuşdan əvvəl və ya sonra qanaxma: Ağır qanaxmalar anemiya, şok və ölümə səbəb ola bilər.
Uşaqlıq yırtılması: Daha əvvəlki sezaryen və ya digər əməliyyatlar səbəbilə uşaqlıq divarının cırılması ciddi qanaxma və həyati təhlükə yaradır.
Amniotik maye emboliyası: Amniotik mayenin ananın qan damarlarına keçməsi ilə yaranır. Çox nadir, lakin çox təhlükəlidir.
Dərin damar trombozu və ya ağciyər emboliyası: Hamiləlik zamanı qan laxtalanma riski artır, bu da ağciyər emboliyası kimi həyati təhlükələrə səbəb ola bilər.
Sepsis (qan infeksiyası): Hamiləlik və ya doğuş zamanı yaranan infeksiyalar müalicə edilmədikdə ölümcül ola bilər.
Yoluxucu xəstəliklər: Məsələn, malyariya, HİV, hepatit, və ya Covid-19 kimi ağır infeksiyalar.
Sadalananlardan əlavə, ananın sağlamlıq problemləri də hamiləlik dövründə riskli durumların ortaya çıxmasına səbəb olur. Məsələn, şəkər xəstəliyi və ya ürək xəstəliyi olan şəxslərə nəzarət olunmazsa, hamiləlik zamanı həyati təhlükə yarana bilər. Böyrək çatışmazlığı və ya qaraciyər problemləri bu sıraya daxildir./yenisabah

Sağlamlıq       Tarix: 26 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Gürcüstanda surroqat analıq qadağan edilir

Arzusu – Demokratik Gürcüstan" Partiyası surroqat analığın tamamilə qadağan edilməsi barədə qərar qəbul edib. Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqd

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Payızda bu təhlükə hər kəsi gözləyir? - Professor səbəbləri açıqladı

Payız aylarında havaların soyuması, günəşli günlərin azalması və mövsümi xəstəliklərin yayılması sağlamlığın qorunmasını daha da aktuallaşdırır. Bu dövrdə bir çox insan orqanizmdə vitamin və mineral çatışmazlığını müəyyənləşdirmək

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Rənglərin görünməyən təhlükəsi: Uşaqların istifadə etdiyi boyalarda hansı kimyəvi maddələr var?

Uşaqların rəsm çəkməsi onların yaradıcılıq qabiliyyətinin inkişafına müsbət təsir göstərsə də, bu zaman istifadə edilən materialların təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Xüsusilə su əsaslı boyaların uşaqla

Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı

"Bu briket insanı 24 saat ərzində yaşatmaq üçün nəzərdə tutulub, — serjant xırıltılı səslə izah etdi. — Onun tərkibində vitaminlər, mineral maddələr, zülallar və selitra var. Bir sözlə, rəhbərliyin əsgər orqanizmi üçü


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta son xeber.az kriminal xəbər az