Bu qidalar beynimizi məhv edir - DİQQƏT

Bu qidalar beynimizi məhv edir - DİQQƏTBu gün qida asılılığı böyüklərin 14%-ni, uşaqların isə 15%-nə təsir edən ciddi problemə çevrilib.
KONKRET.az xəbər verir ki, bu asılılıq əsasən, son 50 ildə geniş yayılmış və insanları daha çox yağ və şəkərlə zəngin qidalar yeməyə təşviq edən qidalanma tendensiyalarının nəticəsidir.
Tədqiqatçılar vurğulayır ki, artıq emal edilmiş qidalar dopamin hormonunun sərbəst buraxılmasını stimullaşdırmaqla insanın daha çox istehlak etməsinə səbəb olur. 2022-ci ilin mart ayında bu sahədə aparılan araşdırmanın müəllifləri, bu tip qidaların alkoqol və tütün məhsulları kimi ölümlərə səbəb ola biləcəyini göstərdilər. Miçiqan Universitetinin psixologiya professoru Eşli Gearhardt qeyd edir ki, bu məhsullar insanların beynini sürətli və təsirli şəkildə manipulyasiya edərək asılılıq yaradır.
Yağ və şəkərlə zəngin qidaların beyinə təsiri olduqca mürəkkəbdir. Bu təsirin əsas mexanizmlərindən biri dopamin hormonunun sərbəst buraxılmasıdır. Dopamin insanı təkrarlanan davranışlara təşviq edir və onun səviyyəsinin yüksək olması həmin davranışların davamlılığını təmin edir. Aparılan araşdırmalara görə, bu cür qidalar beynin mükafatlandırma sistemində dopamin səviyyəsini normadan 200% daha yüksək artırır.
Hazırda mütəxəssislər bu problemin həlli yollarını araşdırır. Gearhardt hesab edir ki, yüksək emal edilmiş qidalara qarşı mübarizə aparmaq üçün siqaret istehlakını azaltmaq məqsədilə tətbiq olunan metodlardan istifadə etmək olar. Bu isə həm qiymətlərin artırılmasını, həm də marketinqin məhdudlaşdırılmasını əhatə edə bilər. Eyni zamanda, insanların bu qidaların sağlamlığa təsirindən daha yaxşı xəbərdar olması üçün maarifləndirmə işlərinin genişləndirilməsi təklif olunur./milliaz

Sağlamlıq       Tarix: 27 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm


azerbaycan xeberleri yeni xeberler son xeberler sou biznes son.xabar sonxabar az valyuta mezennesi 2026