Bu qidalar ürək üçün zərərlidir
Yüksək miqdarda ultra işlənmiş qida istehlakı ciddi ürək problemləri riskini əhəmiyyətli dərəcədə artırır.
azxeber.com Milli.az-a istinadən xəbər verir ki, nəticələr Amerika Kardiologiya Kollecinin İllik Elmi Toplantısında təqdim edilib.
Araşdırmaya görə, gündə doqquz porsiyondan çox ultra işlənmiş qida qəbul edən şəxslərin ciddi ürək problemi yaşama ehtimalı gündə bir porsiyon qəbul edənlərlə müqayisədə 67% daha yüksəkdir. Ultra işlənmiş qidalara cips, dondurulmuş yeməklər, işlənmiş ət məhsulları, şəkərli içkilər və s. daxildir.
Tədqiqatda 45-84 yaş arası 6 814 şəxsin məlumatları analiz olunub. Qidalar dörd kateqoriyaya bölünüb: az işlənmiş və ya təbii, orta dərəcədə işlənmiş, ultra işlənmiş və digər. Gündə orta hesabla 9,3 porsiya ultra işlənmiş qida qəbul edənlər, 1,1 porsiya qəbul edənlərlə müqayisədə koronar ürək xəstəliyi, infarkt və insult riskində 67% artım nümayiş etdiriblər.
Tövsiyə edilir ki, riskin azaldılması üçün istehlak olunan qida növünə diqqət yetirmək və qida etiketlərini oxumaq vacibdir. Etiketlər, ultra işlənmiş qidalarda daha yüksək olan şəkər, duz, yağ və karbohidrat miqdarını göstərir. Daha sağlam alternativlər arasında sadə yulaf, qoz-fındıq, paxlalılar və meyvə-tərəvəz məhsulları yer alır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
ÇL: "Sabah" "KuPS"a qarşı
Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi
Trampdan İrandan olan hücumla bağlı sərt açıqlama
Nigar Fərhad haradadır?