Bu qurumlar üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılır

Bu qurumlar üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılırMartın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.
azxeber.com Trend-ə istinadən xəbər verir ki, ilkin olaraq "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri təqdim edilib.
Diqqətə çatdırılıb ki, hər iki qanun layihələrinə dəyişiklik "Media haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və teleradio yayımı subyektlərinin adıçəkilən qanunla müəyyən edilmiş audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırılıb.
Eyni zamanda qeyd olunub ki, "Dövlət rüsumu haqqında" Qanunun 7-ci maddəsində edilən düzəliş əsasında isə dövlət rüsumunun ödənilməsi ilə bağlı maddə əlavə edilir.
Belə ki, 7.2-ci maddəyə əsasən bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcəkdir.
Bundan əlavə, "Media haqqında" Qanuna uyğunlaşdırılaraq "Dövlət rüsumu haqqında" Qanunun 22-ci maddəsində müvafiq dəyişikliklər edilmişdir.
Bu dəyişikliklər bəzi rüsumların məbləğində öz əksini tapmışdır. Müvafiq düzəlişləri nəzərə alaraq "ümumrespublika televiziya yayımı", "ümumölkə yerüstü televiziya yayımçısı" ifadəsi ilə əvəz edilir və dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 5000 manat təsbit olunur.
Digər maddələrdə isə hər iki Qanuna təklif olunan dəyişikliklər əsasən dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihələrində "regional televiziya yayımı", "ümumrespublika radio yayımı", "regional radio yayımı", "abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı", "abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı", "peyk yayımı" ifadələrinin müvafiq olaraq "regional yerüstü televiziya yayımçısı", "ümumölkə yerüstü radio yayımçısı", "regional yerüstü radio yayımçısı", "sadə platforma operatoru" , "universal platforma operatoru", "peyk yayımı həyata keçirən platforma yayımçısı" ifadələri ilə əvəz olunması nəzərdə tutulur.
Gündəliyə daxil edilən digər məsələ "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi olmuşdur.
Qeyd edilmişdir ki, Qanunun 11.2-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulan məqsədlər üçün özəlləşdirməni həyata keçirən dövlət orqanının hesabına özəlləşdirmədən əldə edilən vəsaitdən ayırmalar edilir, habelə təklif olunan dəyişikliyə əsasən bu vəsaitlərin istifadə məqsədləri daha da genişləndirilir və buraya özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri də daxil edilir. Komitə sədri Qanun layihəsinin qeyd olunan sahələrdə müvafiq dövlət orqanının fəaliyyətinin səmərəliyinin yüksəldilməsinə xidmət edəcəyini vurğulamışdır.
Sonra "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə digər qanun layihələrinə baxılıb.
Nəzərə çatdırılıb ki, "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə Dövlət Ehtiyatları Agentliyi yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Buna uyğun olaraq qanun layihəsinin adıçəkilən fərmanları diqqətə alaraq hazırlandığı və dəqiqləşdirmə xarakteri daşıdığı qeyd edilmişdir.
Sonda isə "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi plenar iclasda üçüncü oxunuşa müzakirəyə çıxarılması tövsiyə olunmuşdur.
İclasda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev və həmin qurumun Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsinin müdiri İlqar Həbiyev iştirak etmişlər.

İqtisadiyyat       Tarix: 02 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeberler xeber.az 2026 cəbhədən son məlumatlar son xeberler bugun